“Qarabağ”ın müdafiəçisi Kevin Medina İtaliyanın TMW nəşrinə açıqlama verib.
Football-plus.az xəbər verir ki, kolumbiyalı futbolçu Ağdam təmsilçisində özünü yaxşı hiss etsə də, daha güclü çempionatda oynamaq arzusunu da gizlətməyib:
“Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə kömək etmək və Kolumbiya millisində oynamaq arzumu həyata keçirmək istəyirəm. “Qarabağ”da xoşbəxtəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm. Gələcəkdə nə olacağını heç vaxt bilmirik. Gözləməliyik, amma daha böyük liqalarda həyata keçirəcəyim arzularım var. İngiltərə, Almaniya və İspaniya kimi bütün rəqabətli liqaları sevirəm. Ancaq düşünürəm ki, İtaliya çempionatına çox yaxşı uyğunlaşa bilərəm. Çünki sürətli mərkəz müdafiəçisiyəm, 4 və ya 3-lü müdafiə sistemində oynamağa öyrəşmişəm”.
Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”ın formasını geyinən Kevin Medinanın ağdamlılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdi.