"Komandada qalmaq qərarı çətin olmadı" - Kevin Medina

12.05.2022 16:03 661
Ölkə futbolu
Bu gün "Qarabağ"la müqavilə yeniləyən Kevin Medina klubun rəsmi saytına açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, kolumbiyalı müdafiəçi yeni müqavilə bağlaması barədə danışıb:

"Qarabağ"a gəldiyim ilk gündən bəri hər kəslə yaxşı münasibətim və qarşılıqlı hörmətim olub. Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı. Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm".