Baş məşqçi Ronaldo haqda danışdı - "Daha sonra komandaya uyğunlaşar”

22.07.2022 14:14 383
Dünya futbolu
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klubdakı gələcəyi qeyri-müəyyən olan Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, niderlandlı mütəxəssis portuqaliyalının transfer vəziyyətində dəyişiklik olmadığını deyib:

“Ötən həftə ilə vəziyyət eynidi. Onun üçün narahat deyilik demək, düz olmaz. Hazırda diqqətim komandamdadı və hazırlaşırıq. Ronaldonu gözləyə bilmərik. O, daha sonra komandaya uyğunlaşar”.


Ronaldonun adı “Atletiko” ilə hallanır.