“Sumqayıt” Taylandda çalışmış məşqçi ilə anlaşdı

21.07.2022 14:01 455
Ölkə futbolu / Manşet
Yeni mövsümə Türkiyədə hazırlaşan “Sumqayıt”ın məşqçilər korpusuna yeni mütəxəssis qoşulub.

Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, serbiyalı fiziki hazırlıq üzrə məşqçi Qoran Başiç qarşıdakı bir ildə Aleksey Baqanın yardımçılarından olacaq.

38 yaşlı mütəxəssis karyerası ərzində vətənində “Voyvodina”, Taylandda “Buriram Yunayted” və Serbiya U-18-də çalışıb.

RƏŞAD