Serbiyalı tennisçi Novak Cokoviç hələ ki karyerasını bitirmək haqda düşünmədiyini deyib.
"Football-plus.az" xəbər verir ki, mayda 35 yaşını tamamlayan dünya ulduzunun fikirləri belədi:
“Mənim üçün peşəkar səviyyədə nə qədər oynayacağımla bağlı çərçivə yoxdu. Belə çərçivələr qoymaq istəmirəm, başqalarının da bunu mənə sırımasını istəmirəm. Komandamda hər kəs bilir ki, bunu müzakirə etmək olmaz. Hələ nə qədər oynayacağımla bağlı fikrimi öyrənməyə və ya öz fikrini mənə yeritməyə dəyməz. Qərar qəbul etməkdə azadam”.
Xatırladaq ki, sonuncu Uimbldon turnirini finalda avstraliyalı Nik Kiryosu məğlub edən Cokoviç qazanıb.