Qətərdən vətəninə qayıtdı

19.07.2022 18:32 407
Dünya futbolu
Tobi Alderveyreld Qətəri tərk edib. “Əl-Duhail”dən ayrılan Belçika yığmasının müdafiəçisi bundan sonra vətənində çıxış edəcək.

Football-plus.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını “Antverp”də davam etdirəcək. Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Futbolçu yeni komandasında “23” nömrəli formanı geyəcək.

lderveyreld “Əl-Duhail”də 2021-ci ilin iyulundan forma geyirdi. O, karyerası ərzində “Ayaks, “Atletiko”, “Sauthempton” və “Tottenhem”də də oynayıb.