"Qarabağ"ın yeni transferi tarix yazmaq istəyir

18.07.2022 12:40 1 756
Premyer-liqa / Manşet
"Qarabağ"ın yeni transferi Julio Romao şəxsi "İnstagram" səhifəsində paylaşım edib.

Football-plus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi sabiq klubu "Santa-Klara" ilə vidalaşıb:

"Yeni hədəflər axtarmağın, yeni məqsədlərə çatmağın və tarix yazmağın vaxtı gəldi. Komandanı başı dik və razı şəkildə ayrılıram. "Santa-Klara"ya, bütün oyunçulara, məşqçi heyətinə, rəhbərliyə, klubun əməkdaşlarına və klubun azarkeşlərinə çox təşəkkür edirəm. Həmişə yaddaşımda və ürəyimdə qalacaqsız. Hər şey üçün təşəkkürlər".