Fərid Nəbiyev Çexiyanın "Viktoriya" klubundan ayrılıb.
"Football-plus.az Jijkov təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 15 futbolçu komandanı tərk edib. Azərbaycanlı futbolçu da onlardan biridi.
"Viktoriya" ötən mövsüm Çexiya 2-ci Liqasında sonuncu yeri tutaraq aşağı diviziona düşdüyü üçün oyunçular komandanı tərk etmək qərarına gəlib.