"Sabah"ın paytaxtdakı oyunlarının vaxtı bəlli oldu

6.07.2022 16:05 373
Premyer-liqa
Növbəti mövsüm üçün hazırlıqları davam etdirən “Sabah”ın Bakı toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər bəlli olub.

"Football-plus.az" xəbər verir ki, komanda iyulun 9-da “Sumqayıt”la, iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək.

“Sumqayıt”la matç “Kapital Bank Arena”da, “Səbail”lə oyun isə “Bank Respublika Arena”da baş tutacaq.