Levandovski Londonda peyda ola bilər

11.07.2022 12:05 433
Dünya futbolu
Robert Levandovskinin “Bavariya”nı “Barselona”ya dəyişmək istədiyi hamıya məlumdu.

Ancaq polşalı hücumçu karyerasını “Çelsi”də davam etdirə bilər.

“Daily Star”ın məlumatına görə, “Bavariya” 33 yaşlı hücumçunun keçidi üçün “Barselona” ilə razılığa gələ bilməsə, Robertin alternativ seçimi “Çelsi” olacaq. İspaniya klubunun maliyyə vəziyyətinin qeyri-sabit olması səbəbindən transferin reallaşması çətinləşir.

“Daily Star”ın məlumatında həmçinin bildirilir ki, “Çelsi” artıq futbolçu ilə maraqlanır və istənilən vaxt ona müqavilə təklif etməyə hazırdı. Londonlular Romelu Lukakunun “İnter”ə dönüşündən sonra hücum mərkəzini gücləndirmək istəyirlər.