Rüfət dubl etdi, komandası darmadağına sevindi

8.07.2022 09:55 327
Dünya futbolu
“Şalke-04"ün U-23 komandası yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Football-plus.az xəbər verir ki, Rüfət Dadaşovun da formasını geyindiyi bu kollektiv Almaniyanın digər təmsilçisi “Sportfrunde Lotte” ilə üz-üzə gəlib.

Millimizin üzvünün komandası bu oyunda darmadağına sevinib – 7:1. Rüfət də görüşün iştirakçısı olub. Komandasının iki qolunu da Dadaşov vurub. Azərbaycanlı forvard 75 və 85-ci dəqiqələrdə fərqlənib.