“Barselona” özünə rəqib tapdı

7.07.2022 19:12 370
Dünya futbolu
“Barselona”nın qurucusunun xatirəsinə keçiriləcək Joan Qamper Kuboku matçı üçün rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun rəsmi saytının məlumatına görə, Meksika “Pumas”ı ilə danışıqlar müsbət nəticələnib. Bu komanda ilə oyun avqustun 7-də “Spotifay Kamp Nou”da keçiriləcək.

Məlumatda “Roma”nın imtinasından sonra klubun ənənəvi kubok uğrunda oyunda rəqib komanda tapmaqda problemlər yaşadığı da qeyd olunub.