
Premyer-liqa / Manşet
3 966
3.07.2022, 16:48
Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib
"Qarabağ"ın daha bir oyunçusu Türkiyə klubunun diqqət mərkəzinə düşüb.
Söhbət Kevin Medinadan gedir. Kolumbiyalı müdafiəçini superliqa təmsilçisi “Konyaspor” transfer etmək istəyib. Lakin “Qarabağ” rəhbərliyi, əsasən də Qurban Qurbanov onun komandada qalmasının tərəfdarı olub. Bu səbəbdən də onunla 3 illik yeni müqavilə imzalanıb.
Konya təmsilçisi bundan sonra yenə müdafiəçini transfer etmək istəsə də, təklifi geri çevrilib