• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xaricdə yaşayan azərbaycanlılar "Qarabağ"ın səhmlərini almaq istəyirlər

Ölkə futbolu / Manşet

2-07-2022, 15:0

“Qarabağ”ın səhmləri satışa çıxarılıb.

Söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir. Təsisçi payını сəmiyyətin ilk təsisçilərindən olan mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil bəyin vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 miqdarında təsisçi payı vərəsəlik yolu ilə oğlunun mülkiyyətinə keçib. Sənan bəy isə ona düşən payı ilkin olaraq 300 min manat qiymət qoymaqla açıq satışa çıxarıb.

Azərbaycanda ilk dəfə hansısa klubun səhmi satışa çıxarılıb? Sənan bəyi bu addımı atmağa nə vadar edib, niyə atasındanqalma mirası satmaq həvəsinə düşüb? Bu suallara cavab tapmaq üçün “Qarabağ”ın təsisçisinin oğlu ilə danışmağı lazım bildik. Bəribaşdan onu da qeyd edək ki, Sənan bəyin əmisioğlu, vaxtilə “Qarabağ”ın və millinin şərəfini qoruyan Vüqar Nadirovla da əlaqə saxladıq. Veteran futbolçu bu haqda danışmaq istəmədiyini bildirdi və bizə mərhum Adil bəyin oğlu Kamillə əlaqə saxlamağı məsləhət bildi. Onun dediyi kimi də etdik. Kamil bəy böyük qardaşının hansı səbəbdən bu addımı atdığını bilmədiyini dedi. Onu da əlavə etdi ki, mərhum atasından qalan təsisçi payı iki qardaş arasında bərabər bölünüb. Qardaşından fərqli o satış barədə düşünmür.

Sənan bəy isə bizimlə söhbətdə qərarını belə izah etdi:

“Atadan qalan mirasdı. Düşündüm ki, satsam, yaxşı olar. Özümün biznesim var və istəyirəm ki, onu bir qədər də genişləndirim. Mənə çatan təsisçi payını satışa çıxardığım iki gün olmasına baxmayaraq, artıq maraqlananlar var. Ancaq mən bəlli qiymət qoymuşam və ondan aşağı satmaq fikrim də yoxdu. Özünüz də bilirsiz ki, səhmin qiyməti hər gün arta bilər. Kim istəsə, ona da satacam.

Müştərilər arasında “Azərsun” da ola bilər, fiziki şəxslər də. Kim bilir “Qarabağ” bu mövsüm avrokuboklarda necə çıxış edəcək? Qurban Qurbanovun komandası Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasında uğurlu olacağı təqdirdə səhmlərin qiyməti yüksələcək. İndi 300 min manata satdığım səhmlərin dəyəri sabah milyonlar ola bilər. Maşın deyil ki, qiyməti gündən-günə düşsün. 2000-ci ildə kim gözləyərdi ki, “Qalatasaray” UEFA kubokunu qazanacaq? Ancaq onlar bunu bacardılar və klubun səhmlərinin qiyməti bir gündə dəfələrlə bahalaşdı”.


Sənan bəy özü ilə yanaşı, qardaşının da klubda təsisçi payının olduğunu bildirdi:

“Qardaşım klubdakı səhmlərinə toxunmayıb. Onun iki övladı var və belə başa düşürəm ki, səhmləri onlara baba mirası kimi saxlamaq istəyir. Qardaşım olsa da, onu məcbur edə bilmərəm ki, sən də eyni addımı at. Bizim ailədə demokratik mühit olub. Hər kəs qərar qəbul etməkdə müstəqildi. Rəhmətlik atam da bizim işlərə çox müdaxilə etməzdi. “Qarabağ” rəhbərliyi sağ olsun. Vaxtında bizə çox dəstək olub. Abdulbari Gözəl, Tahir Gözəl, Əmrah Çəlikəl və Qurban Qurbanovun əməyini dana bilmərik. Sadəcə, mən futboldan kənar biriyəm. Çalışdığım sahə, reallaşdırmaq istədiyim fikirlər var. Biznesimi inkişaf etdirmək üçün müəyyən vəsaitə ehtiyac duyulur. Bu üzdən qanuni proseslərə uyğun miras götürdüm və rəsmiləşdirdim. Ondan sonra isə satışa çıxardım. Kim alacaqsa, Allah xeyrini versin”.


Sənan bəy söhbətimizin əvvəlində artıq müştərilərin olduğunu bildirsə də, onların kimliyi barədə bir söz demədi. Bu səbəbdən ona “səhmləri almaq üçün kimlər sizinlə əlaqə saxlayıb” sualını verdik. Cavabı belə oldu:

“İki gün ərzində xaricdən bir neçə zəng oldu. Açığı, çox adam inanmır ki, səhmləri satıram, bir qədər şübhə ilə yanaşırlar. Onu da qeyd edim ki, əlaqə saxlayanlar xaricdə yaşayıb-işləyən azərbaycanlı menecerlərdi. Danışıqlarından belə başa düşdüm ki, xarici şirkətləri təmsil edirlər. Bəlkə də 10 dəfə “siz Adil bəyin oğlusuz” sualını veriblər. Bu da məni bir qədər əsəbləşdirir. Özlərinə “kim almaq istəyirsə, biletini alıb Azərbaycana gəlsin. Burda hər iki tərəfin vəkillərinin iştirakı ilə sənədləri gözdən keçirək” demişəm. Bütün hüquqi prosesləri vəkil vasitəsiylə həyata keçirdiyimdən bilirəm ki, sənədləşmə işində heç bir xəta ola bilməz. Son zəng Almaniyadan gəlmişdi. İnanıram ki, yaxın günlərdə real alıcı olacaq”.


Nadirovdan neçə faiz səhmə sahib olduğunu da soruşduq:

“Bütün nüanslar sənəddə qeyd olunub. Orda faizdən başqa “təsisçinin səhmi” deyilən bir bənd var. Bu nə deməkdi? Məsələn, “Coca-Cola”nı kim yaradıbsa, onun 7 nəsli həmin brendin yiyəsi sayılır. “Qarabağ”ın da yaradıcısı kimi bütün beynəlxalq təşkilatlar Adil Nadirovu qəbul edib. UEFA-da da qeyd olunub ki, 1987-ci ildə “Şəfəq”in bazasında “Qarabağ”ı Adil Nadirov yaradıb. Komanda ilk çempionluğu da 1993-cü ildə atamın rəhbərliyi altında qazanıb. Bu tarixi heç kim dana bilməz”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-06-2022, 22:0

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə