Lanqle İngiltərəyə gedə bilər

29.06.2022 18:45 392
Dünya futbolu
"Barselona"nın müdafiəçisi Klemen Lanqle karyerasını İngiltərədə davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, Katlaoniya təmsilçisinin baş məşqçisi Xavinin heyətdə düşünmədiyi futbolçu ilə "Tottenhem" yaxından maraqlanır. London təmsilçisi 27 yaşlı mərkəz müdafiəçisini 1 illik icarəyə götürmək istəyir.

Klemen Lanqle "Barselon"ya 2018-ci ilin yayında "Sevilya"dan transfer olunub. Təcrübəli müdafiəçi başa çatan mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 27 qarşılaşmada 1 qol ötürməsi ilə yadda qalıb.