Portuqaliya Azərbaycana rəqib oldu

29.06.2022 14:41 365
İdman
Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının ilk təsnifat mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil olunan mərasimdə Azərbaycan millisinin də rəqibi müəyyənləşib.

Püşkə əsasən yığmamız Portuqaliyaya rəqib olub. Həndbolçularımız ilk görüşü evdə keçirəcəklər. Komandalar arasında birinci oyun noyabrın 2-3-də, ikinci matç 5-6-da olacaq.

Qeyd edək ki, bu mərhələdə Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda mübarizə aparacaq. Qaliblər pley-offa yüksələcəklər.