Teymur Rəcəbovdan qələbə

27.06.2022 23:38 319
İdman
Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı şahmatçı 9-cu turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. O, rəqibinə 41-ci gedişdə qalib gəlib.

Doqquz turdan sonra Rəcəbovun 4 xalı var.