“Real” növbəti transfer əməliyyatını reallaşdırıb.
“Transfermarkt” portalının məlumatına görə, Madrid klubu “Deportivo”nun yeniyetmə hücumçusu Noel Lopesi sıralarına cəlb edib. Bu keçid paytaxt təmsilçisinə 600 min avroya başa gəlib. 19 yaşlı hücumçu əvvəlcə “Real”ın ikinci komandasnda oynayacaq, amma tədricən əsas komandaya cəlb olunacaq. Noelin İspaniyanın gənclərdən ibarət yığmasının üzvü olduğunu da bildirək.