Rusiya Federasiyası idman nazirinin müavini Andrey Fyodorov bu haqda açıqlama verib:
“Beynəlxalq Şahmat Federasiyası bu ilin mayında xərclənən vəsaitin tam həcmdə qaytarılması ilə bağlı qərar verib. Bu isə 1 milyon avrodan artıq puldu. İndiyə qədər Yuqranın büdcəsinə artıq 830 min avro köçürülüb. Yaxın vaxtlarda qalan pulu da köçürməlidilər”.


