• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bakı klubu bu mütəxəssisin rəhbərliyi altında uğur qazana biləcək” - "Xəzər Lənkəran"ın sabiq mətbuat katibi

Premyer-liqa / Manşet

24-06-2022, 14:0

İyunun 8-də Samir Abasovla yollarını ayırdığını açıqlayan "Neftçi" rəhbərliyi srağagün yeni baş məşqçini ictimaiyyətə təqdim etdi.

“Ağ-qaralar”ın “sükan”ı rumıniyalı Laurensiu Regekampfa tapşırıldı. 46 yaşlı mütəxəssislə ikiillik razılaşma əldə olunub.

Ölkənin ən köklü klubunun yeni çalışdırıcısının adı məlum olar-olmaz sosial şəbəkələrdə, mediada onunla bağlı fərqli fikirlər səslənməyə başladı. Diqqətçəkən paylaşımlardan biri də vaxtilə bakılıların çempionatda əsas rəqiblərindən olan “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğluya məxsusdu. Sən demə, həmakarımız Regekampfla hələ 11 il əvvəl tanış olub:

“Neftçi" nin yeni baş məşqçisi bir müddət "Xəzər Lənkəran"ın düşərgəsində olub. 2011-ci ildə komandanın Avstriya toplanışında Mirça Rednikin dostu kimi bir müddət qonaq kimi məşqlərdə iştirak etdi”.


46 yaşlı mütəxəssis Hüseyn bəyin yaddaşında nə ilə qalıb? Bu suala cavab tapmaq üçün artıq tarixin yaddaşına köçmüş “yaşıl armada”nın sabiq mətbuat katibi ilə əlaqə saxladıq:

“Mirça Rednikin dönəmində, 2011-ci ilin yayında komanda Avstriyada - təlim-məşq toplanışında idi. Bir gün gördüm ki, məşqçi formasında bir nəfər komandanın hazırlığına qoşulub. Maraqlananda dedilər ki, Rednikin dostudu, məşqçi fəaliyyətinə yeni başlayıb. Təxminən 3-4 gün məşqlərdə iştirak etdi. Hazırlıq prosesini izləyirdi, bəzən futbolçularla bir yerdə meydanda olurdu. Sonrakı illərdə klubun düşərgəsində rumın futbolçular, məşqçilər arasında söhbət düşəndə hamı Laurensiu Regekampfı son illərdə Rumıniyanın üzə çıxan ən perspektivli gənc məşqçisi kimi təqdim edirdilər. Həmin dönəmdə “Neftçi”nin hazırkı baş məşqçisi “Stayua”da, ərəb klublarında çalışmamışdı, böyük uğurlara imza atmamışdı. Baş məşqçi təyinatına qədər “Neftçi” azarkeşləri vaxtın az olduğunu dilə gətirib, narahat qalmışdılar. Fikrimcə, Regekampfın gəlişi ilə narahatlıq aradan qalxacaq. Onu da unutmaq lazım deyil ki, Rumıniyanın tanınmış agenti Anna Mariya Prodan onun həyat yoldaşıdı. Vaxtilə “Xəzər Lənkəran”a gəlmiş bütün tanınmış oyunçuların keçidi həmin xanım vasitəsilə həll olunurdu. Məncə, qısa vaxtda “Neftçi”yə səviyyəli futbolçular transfer olunacaq. Əzəli və əbədi rəqibimiz olmalarına baxmayaraq, düşünürəm ki, Bakı klubu bu mütəxəssisin rəhbərliyi altında uğur qazana biləcək”.


Hüseyn bəy bizimlə söhbətdə tanınmış rumıniyalı agentin Regekampfın həyat yoldaşı olduğunu bildirsə də, xatırladaq ki, cütlük ötən ilin oktyabrında ayrılıb. Belədə onların işbirliyi nə dərəcədə real görünür? Bir də “Neftçi” rəhbərliyi transfer məsələlərini tam rumın məşqçiyə tapşırmaqla nə dərəcədə düzgün addım atmış olacaq? Hər halda, unutmayaq ki, Rednikin dönəmində “Xəzər Lənkəran”da transfer məsələlərinə görə camiədə xoşagəlməz söz-söhbət yaranmışdı. Hüseyn bəyin bu məsələyə reaksiyası belə oldu:

“Rednik kimi camiənin içinə girə biləcəyini düşünmürəm. Burda bir çox amil var ki, sevilmək məsələsini bir kənara qoysaq, ümumilikdə uğurlu olacağına inanıram. Həyat yoldaşından ayrılsa da, bunun onların iş münasibətinə də təsir edəcəyini düşünmürəm. Mental dəyər baxımından onlar üçün bu nəyisə dəyişmir və iş-biznes baxımından hər ikisi üçün yeni bazar yaranıb. Hətta bu olmasa belə, etiraf edək ki, Rumıniyada yaxşı futbolçu çoxdu və Anna Mariya olmadan da onları dəvət etmək mümkündü. Mən Zaur Əzizovun da təcrübəsinə inanıram və düşünürəm ki, Rumıniyada kiminlə nə iş görmək lazım olduğunu gözəl bilir”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

21-06-2022, 13:0

"Xəzər Lənkəran"a görə həbs olunan azarkeş Mübariz Mənsimovla görüşə bilmir

Aktual
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Son xəbərlər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Dünən, 16:31
    Millimiz rekorda imza atdı
  • Dünən, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Dünən, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Dünən, 15:10
    “Qarabağ” - ÇSKA oyununun biletləri satışda
  • Dünən, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Dünən, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Dünən, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Dünən, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Dünən, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Dünən, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Dünən, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Dünən, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Dünən, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • 17-07-2026, 23:0
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 226
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 161
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə