Nicat Mehbalıyev: “Onun məşhur ifadəsi vardı” - AÇIQLAMA

23.06.2022 16:33 647
Yığma / Manşet
İki gün öncə AFFA rəhbərliyi U-21 millimizin baş məşqçisi Milan Obradoviçlə ortaq məxrəcə gələ bilməyərək yolları ayırdı.

Serbiyalının gənclər yığmamızdakı fəaliyyəti 3 il 6 ay çəkdi.

"Football-plus.az" saytı olaraq Obradoviçin rəhbərliyi altında oynayan Nicat Mehbalıyevin təəssüratını öyrəndik:

"Milan Obradoviç həm məşqçi, həm də insan kimi yüksək keyfiyyətlərə sahib biriydi. Rəhbərliyi altında U-21-də 3 il oynadım və çox şeylər öyrəndim. Onun məşhur ifadəsi vardı: "meydanda məşqçiniz, kənarda isə dostunuz, qardaşınızam". Hər bir futbolçuya qayğı göstərər, problemi olana əlindən gələn köməyi edərdi. O, bizə tək məşqçi yox, həm də böyük qardaş idi".


ABDULLA İSMAYILOĞLU