İki gün öncə AFFA rəhbərliyi U-21 millimizin baş məşqçisi Milan Obradoviçlə ortaq məxrəcə gələ bilməyərək yolları ayırdı.
Serbiyalının gənclər yığmamızdakı fəaliyyəti 3 il 6 ay çəkdi.
"Football-plus.az" saytı olaraq Obradoviçin rəhbərliyi altında oynayan Şakir Seyidovun təəssüratını öyrəndik:
"Milan Obradoviç çox yaxşı məşqçi və insan idi. Hər bir futbolçunu dəyərləndirər, onların xətrinə dəyməzdi. Hətta matç zamanı səhvləriylə diqqət çəkənləri belə çox sevərdi. Bizə "həmişə pozitiv ruhda olun, gülün və inkişaf edin" deyirdi. Serbiyalı mütəxəssisdən kollektiv, komanda birliyi, istər meydanda, istərsə də ondan kənarda bir-birimizə dəstək olmaq kimi keyfiyyətləri öyrəndim".
ABDULLA İSMAYILOĞLU