• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Konfrans Liqasının ilk oyununa kimi komanda hazır olacaq" - Laurentsiu Reqekampf

Premyer-liqa

22-06-2022, 15:0

"Neftçi" yeni baş məşqçisi Laurentsiu Reqekampf ilə birgə mətbuat konfransında jurnalistləri qəbul edib.

"Football-plus.az" xəbər verir ki, rumıniyalı mütəxəssis konfransda sualları cavablandırıb:

- Bütün rəhbərliyə, prezidentə, əməyi keçən insanlara təşəkkür edirəm ki, məni bura dəvət etdilər. Komanda ilə məşqlərə başlayırıq. Əminəm ki, hamımız birlikdə klubu layiq olan yerlərə çıxararıq. Konfrans Liqasında uğurlar qazanıb, irəliyə getmək istəyirik. Eyni zamanda daxili liqada titul üçün mübarizə aparacağıq. Bilirik ki, asan deyil. Həyatda asan heç nə yoxdu.

- Konfrans Liqasının startına az qalıb. Vaxtın az olması sizin işinizə nə dərəcədə mane olacaq?

- Bəli, komandanı hazırlamaq üçün az müddət var. Eyni zamanda da millinin oyunçuları var ki, hələ komandaya qoşulmayıblar. Bir neçə gün sonra komanda ilə bərabər olacaqlar. Digər oyunçulara gəldikdə, komandadadılar, məşqdədilər. İyulun 1-dən toplanışa başlayacağıq. Hamımız orada birlikdə olacağıq. Bura gəlməmişəm ki, vaxt baxımından şikayətlər edim. Vaxtla bağlı həmişə problem olub. Çünki zaman sürətli keçir. Biz komandanın hazırlığına başlayacağıq və əminəm ki, Konfrans Liqasının ilk oyununa kimi komanda hazır olacaq.

- Komandanın yerli qapıçılarından olan Rəşad Əzizli qalacaq, yoxsa legioner qapıçı gələcək?

- Bu mövzuda suallara cavab verə bilmərəm. Bu gündən etibarən istədiyimiz komandanı qurmaq istəyirik. Biz tərəfdən tez bir zamanda mesaj alacaqsınız. Həm komanda, həm yeni oyunçular haqda.

- "Neftçi" azarkeşləri komanda uduzduqdan sonra baş məşqçini istefaya səsləyirlər. Buna dözə biləcəksiz?

- Bu, mənim üçün problem deyil. Hər bir komandada həmişə təzyiq altında işləmişəm. Əlbəttə ki, onları yaxşı başa düşürəm. İstəyirlər ki, hər gələn məşqçi uğurlu nəticələr gətirsin. İstər avrokuboklarda, istərsə də yerli liqada. Azrkeşlərin təzyiqini motivasiya kimi qəbul edirəm. Bir də oyunçularımı oyatmaq üçün istifadə edirəm. Düşünürəm ki, hər oyunda azarkeşlər yanımızda olacaq. Həm dəstək olsunlar, həm də hər bir oyunda təzyiq yaratsınlar.

- Köməkçi məşqçilər arasında yerlilər olacaq?

- Mənim bütün köməkçilərim buradadı. Əvəzedici heyətin baş məşqçisi ilə çox yaxın əməkdaşlıq edəcəm. Çünki, klubda hər bir gənc haqda məlumat toplamalıyam. Əgər biz qərar versək ki, məşqçi heyətimdə yerli məşqçi də işləməlidi, bu mövzuda heç bir problem yoxdu.

- Rumıniya mətbuat yazmışdı ki, 40 min avro qazanacaqsınız. Bu haqda nə düşünürsünüz? Deyilənə görə, sizə görə xüsusi büdcə ayrılacaq...

- Düşünürəm ki, kontrakt klubla mənim aramda olan məsələdi. Heç yerdə bu haqda danışmamışam. Mətbuat həmişə belədi, maliyyə elə mövzudu ki, hamını maraqlandırır. Ona görə həqiqəti əks etdirməyən məqalələr dərc edirlər.

- Əvvəlki klublarda çox işləməmisiniz. Burada necə olacaq?

- Müqaviləm iki illikdi. Məcbur edə bilmərəm ki, prezident mənimlə 5 illik müqavilə imzalatdırsın. Necə olacağını Allah bilir.

- "Neftçi"dən təklif gələndə Mirça Redniklə söhbətiniz olub?

- Xeyr, ehtiyac duymadım ki, "Neftçi" haqda kimdənsə maraqlanım. Hər komandaya mənim öz baxış bucağım var. Əlbəttə ki, təklif aldıqdan sonra Bakıya gəldim və rəhbərliklə üzbəüz söhbət etdim, layihə haqda danışdıq, qərar verdim. Düşünürəm ki, "Neftçi" ölkədə ən tanınmış klubdu.

- Yeni baş məşqçi hansı taktiki sxemdən istifadə edəcək?

- Fikrimcə, oynadığın hansı format yox, önəmli amil dinamikadı. Hücumameyilli futbol oynayacağıq. Mənim futbol fəlsəfəmə də bir şey aiddi ki, komandam topa sahib olsun, sürətli hərəkət etsin, aqressiv olsun, kontakt futbolu bəyənirəm. Qarşıdakı periodda bu amillərin üzərində çox işləyəcəyik. Oyun formatı haqda ağlımda hər şeyi bilirəm. Gəlin bunu sizə ilk rəsmi oyunla göstərim.

- Çempionatda limit barədə məlumatınız var yəqin. 7+4-dü. Bu limit sizə problem yaratmayacaq?

- Əlbəttə, lazımı mövqelərə xarici oyunçu gətirsən, sənə uğurda kömək olar. Eyni anda da yerli oyunçuların üzərində təzyiqlər çox olacaq. Onlar daha çox məşq edəcəklər, üzərilərində işləyəcəklər. İmkan yaranacaq ki, yaxşı oyunçularla birlikdə məşq etsinlər. Eyni zamanda da yerli futbolçular səviyyə baxımından inkişaf etmiş olacaq. Heç vaxt media önündə şikayətlənməyəcəm. Hər bir konfransda görməyəcəksiz ki, mən nədənsə şikayətlənirəm. Hakimlər haqda şikayətlənməyi xoşlamıram. Bəzən amma meydanın kənarında bunları unudursan, əsəbləşirsən. Çalışacam ki, öz oyunçularımı dəstəkləyim. Biz tərəfdən dəstək həmişə olacaq. Şikayət olduğu zaman bunu qapalı yerdə müzakirə edirəm.

- Azərbaycan Premyer Liqsı barədə məlumatınız var idi? Rumıniya və Azərbaycan çempionatını necə müqayisə edərdiz?

- Müqayisə etməyə ehtiyac yoxdu. Gəlməmişdən öncə kfiayət qədər məlumatım var idi Azərbaycan çempionatı haqda. Son illər ölkənin klubları Avropa Liqasında oynayıblar. Kifayət qədər məlumatım var.

- Rəhbərliklə hansı şərtlərlə razılaşdınız?

- Bayaq dediyim kimi, "Neftçi" ölkənin ən böyük klubudu. Klub Konfrans Liqasında oynayır, yaxşı heyəti var. Burada olduğuma görə şadam. Heç də hər şey pul deyil. İnanın ki, pul mövzusu olsaydı, bu gün burada olmayacaqdım.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-06-2022, 11:0

Yeni baş məşqçi "Neftçi"də bu qədər qazanacaq

Aktual / Premyer-liqa

21-06-2022, 23:0

"Komandama hücum futbolu oynadacam" - "Neftçi"nin yeni baş məşqçisi

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Dünya futbolu

23-05-2022, 22:0

"Milan"ın çempionluğu Piolinin şəxsi qisası idi" - De Byazi

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə