İki güləşçimiz Avropa çempionatında erməniyə qalib gələrək finala yüksəldi

17.06.2022 19:14 549
İdman
Azərbaycanın 2 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının yarımfinalında erməni rəqiblərini məğlub ediblər.

"Football -plus.az" xəbər verir ki, 48 kq-da Vasif Bağırov Saşa Petrosyana 5:0, 55 kq-da yer alan Camal Abbasov isə Artavazd Harutyunyana 10:2 hesabı ilə qalib gələrək finala yüksəliblər.