"Fənərbaxça" braziliyalı ilə anlaşdı

13.06.2022 18:33 392
Dünya futbolu
"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" italyan jurnalist Fabrisio Romanoya istinadən xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Santa Klara" klubundan Linkoln Enrike ilə anlaşıb. "Fənərbağça" braziliyalı hücumameyilli yarımmüdafiəçi üçün qarşı tərəfə 3,5 milyon avro ödəyəcək. Bundan başqa müəyyən bonuslar da nəzərdə tutulub.

Keçid yaxın günlərdə açıqlanacaq.