Florentsi paytaxta qayıdası olmadı

14.06.2022 22:09 424
Dünya futbolu
Alessandro Florentsi İtaliya paytaxtına qayıtmayacaq.

“Milan” onu daimi əsasda sıralarında saxlayıb. Təcrübəli futbolçu son mövsümü icarə əsasında bu klubda keçirib və milanlıların İtaliya çempionu olmasında 24 oyunda iştirak və 2 qol vurmaqla rol oynayıb. Jurnalist Fabritsio Romano “Milan”ın onun transferinə görə “Roma”ya təxminən 3 milyon avro ödədiyini xəbər verib.