Yığmamız üçün Avropa çempionatı 1/8 finalda bitdi – Polina da getdi

1.09.2026 23:59 6
İdman / Aktual
Ölkəmizin qadınlardan ibarət voleybol yığması bu gün Avropa çempionatında çıxışını başa vurub. “Football-plus.az” xəbər verir ki, “doğma divarlar” arasında keçirilən C qrupunun oyunlarında 3-cü yeri tutan yığma əslində belə acı sona hazır olmalıydı. Axı məhz üçüncü olmaq 1/8 finalda bu gün dünyanın ən güclü üç yığması sırasında yer alan Türkiyə ilə dueli şərtləndirdi. Bəli, İstanbulda keçirilən 1/8 final oyununda möcüzə baş vermədi. “Filənin sultanları” hər üç setdə qalib gəldi – 25:14, 25:16, 25:22.
Uzun illər ərzində yığmanın şərəfini qoruyan Polina Rəhimova milli komanda ilə vidalaşdı. Həmçinin Voleybol Federasiyasının vitse-prezidenti və yığmanın baş məşqçisi Faiq Qarayev Türkiyədə voleybolun inkişafına verdiyi töhfəyə görə mükafatlandırıldı. Ona mükafatı Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ təqdim etdi.