Millimiz bu turnir çərçivəsində sabah Belarusu qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək matç ərəfəsində ab-hava ilə bağlı məlumat almağı lazım bildik. Bunun üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“Belarus nümayəndə heyəti gəlib - 3-4 nəfər federasiya rəsmiləri. Qarşı tərəfdən yalnız federasiyanın mətbuat xidmətinin əməkdaşları iştirak edəcək. Əlavə jurnalist yoxdu. Azarkeş isə gəlməyib. İndiyədək təxminən 3500 bilet satılıb”.
SƏNƏM FƏRHADOVA
