“Neftçi”nin Müşahidə Şurasının iyunun 8-də keçirilən toplantısında əsas komandanın baş məşqçisi sualına aydınlıq gəlmədi.
Şura üzvləri növbəti iclasda, yəni bu günə təyin olunan toplantıda bu məsələyə nöqtə qoyacaqdı. Ancaq etibarlı məndədən əldə etdiyimiz bilgiyə görə, bu günə təyin olunan iclas ertələnəcək. Səbəb isə baş məşqçi postuna namizəd olan mütəxəssislərlə danışıqların yekunlaşmamasıdı.
Məsələyə aydınlıq gətirmək üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi “Footbal-plus.az” saytına açıqlamasında bunları dedi:
“Müşahidə Şurasının bu günə təyin olunan iclasının keçirilib-keçirilməyəcəyi hələ məlum deyil. Əlavə nəsə olsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək”.
RƏŞAD