• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Millinin sabiq üzvü erkən ayrıldığı futbola məşqçi kimi qayıdır - MÜSAHİBƏ

Ölkə futbolu

10-06-2022, 18:0

Budəfəki həmsöhbətim, Sumqayıtda doğulmasına baxmayaraq, futbolun sirlərinə Ukraynada yiyələnib.

Yeniyetmə yaşlarında Odessa “Çernomorets”inin, Donetsk “Metallurq”unun uğurları üçün çalışsa da, 17 yaşında Azərbaycana qayıdıb və karyerası ərzində bir çox premyer-liqa klubunun şərəfini qoruyub. U-17, U-19, U-21-də çıxış etməklə yanaşı, əsas yığmaya da cəlb olunub. Söhbət karyerasını 27 yaşda bitirən Rəşad Eyyubovdan gedir. Butslarını mısmardan asandan sonra kölgəyə çəkilən Eyyubovla çoxdan söhbətləşmək istəyirdim. Ancaq hər dəfə ortaya bir səbəb çıxdığından danışmaq mümkün olmurdu. Nəhayət, dünən istəyimə çatdım.

- Salam. Rəşad, hardasan, nə işlə məşğulsan?

- Sizinlə danışarkən evdəyəm. Bir azdan hara gedəcəyim hələ dəqiqləşməyib (gülür). Vaxtımın çox hissəsini evdə, ailəmin yanında keçirirəm. Bəzən onlarla şəhərə gəzməyə çıxıram.

- Futboldan uzaq düşdüyünə görə daxımırsan?

- Futbolu çox sevirəm. Təəssüf ki, səhhətim karyeramı davam etdirməyə imkan vermədi. Təbii ki, futbol həyatı, gündəlik məşqlər, həftəlik oyunlar üçün çox darıxıram. Ancaq onu da nəzərə almaq lazımdı ki, futbol tək futbolçu olmaqla yekunlaşmır. Ümid edirəm ki, yaxın vaxtlarda məşqçi fəaliyyətinə başlayacam. Onda yenidən həmin proseslərin içində olacam. Bununla özümə təsəlli verirəm.

- Sirr deyilsə, səhhətindəki problem barədə məlumat verərdin. Yəni həmin problem o qədər ciddi idi ki, butslarını belə erkən mismardan asmalı oldun.

- Bu haqda çox danışmaq istəməzdim. Səhhətimdə yaranan problem səbəbindən fiziki yükləmələr götürmək olmaz. Bunsuz isə futbol oynamaq qeyri-mümkündü. Ona görə də futboldan getmək məcburiyyətində qaldım.

- Futbola Ukraynada başlamışdın. Sonradan Azərbaycandan gələn təklifi qəbul edib karyeranı burda davam etdirdiyinə görə peşman olmamısan? Düşünmürsən ki, Ukraynada qalsaydın, daha uğurlu karyera qura bilərdin?

- Peşman olmalı heç nə yoxdu. Ölkə çempionatıında və kubokunda 200-ə yaxın oyun keçirmişəm, 40 qol vurmuşam. Yığmada 10 qarşılaşmaya çıxmışam. “Qəbələ” ilə avrokubok həyəcanı yaşamışam. Karyeramı 27 yaşımda bitirdiyimi nəzərə alsaq, düşünürəm ki, heç də pis karyeram olmayıb. Düzdü, insan həmişə daha artığını istəyir, ancaq hər şey reallığa söykənir. 17 yaşında Azərbaycana gəldiyimə görə heç vaxt təəssüf hissi keçirməmişəm. Bəlkə də Ukraynada qalsaydım, qeyd etdiklərimin heç biri olmayacaqdı və ya əksinə. Daha güclü çempionatda, adlı-sanlı klublarda çıxış edə bilərdim. Məncə, hər insanın öz taleyi, alın yazısı var. Mənə də Azərbaycanda futbol oynamaq qismət imiş. Yenə deyirəm, heç vaxt seçimimə görə peşmanlıq hissi keçirməmişəm.

- “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və nəhayət, 3 oyun keçirdiyin “Zirə”. Bunlardan hansı sənə daha doğmadı, özünü harda xoşbəxt hiss etmisən?

- “Simurq”da keçirdiyim 4 il yaddaşımda çox dərin iz buraxıb. Özünəxas ab-havası olan komandanı bu gün də sevə-sevə xatırlayıram. Ümumilikdə isə çıxış etdiyim klubların hər biri ilə bağlı xoş xatirələrim var. Formasını geydiyim hər klubda yaxşı insanlarla tanışlıq imkanım oldu.

- “Simurq”, “Sumqayıt” və “Kəpəz” yaxşı komandalar olsa da, etiraf edək ki, sən oynadığın dönəmdə “Neftçi” və “Qəbələ” kimi iddialı olmayıblar. İddialı klubun formasını geymək nə deməkdi?

- Şübhəsiz, ortabablarla iddialılar arasında fərq böyükdü. İlk növbədə maddi planda fərqi qeyd etmək lazımdı. Ortabab klubda qalıb peşəkar karyeranı orda başa vura bilərsən. Həmin klubda ildən-ilə sənə hörmət artacaq, söz sahibinə çevriləcəksən. Ancaq karyera baxımından inkişaf etmək, hər mənada irəli getmək istəyirsənsə, iddialı klubların təklifini dəyərləndirməlisən. Bu yöndə xüsusilə “Qəbələ”ni qeyd etmək istərdim. Rəhbərliyin ambisiyası ilə baş məşqçinin səviyyəsi üst-üstə düşdüyündən, komanda avrokuboklarda çoxlarının qibtə edəcəyi uğurlara imza ata bildi.

- Futbol oynadığın dönəmdə həm yerli, həm də əcnəbi məşqçilərin rəhbərliyi altında çıxış etmisən. Onlardan kimlə sənə işləmək rahat idi və nəyə görə?

- Açığı, rəhbərliyi altında çalışdığım hər bir baş məşqçidən nəsə öyrənməyə çalışmışam. Bu səbəbdən konkret hansısa mütəxəssisin adını qeyd etməkdə çətinlik çəkirəm. Məsələn, Roman Qriqorçuk güclü taktik idi, Georgi Çixradze futbolçunu istənilən rəqiblə oyuna motivasiya edə bilirdi, Samir Abasovun məşq prosesi əla idi. Bəxtim onda gətirib ki, həmişə güclü mütəxəssislərin rəhbərliyi altında oynamışam. Gələcəkdə məşqçi işləyəndə onlardan öyrəndiklərim köməyimə çatacaq.

- Heç şübhəsiz, oynadığın dönəmdə dostluq etdiyin futbolçular olub. Karyeranı başa vurandan sonra onlarla əlaqən qalıb?

- Futbolun özəlliyi ondadı ki, istər oynadığın, istərsə də məşqçi kimi çalışdığın müddətdə əhatə dairən geniş olur, çox sayda insanla təmasda olursan. Müxtəlif mədəniyyətlərlə tanışlıq yaranır. Mənim də belə dostlarım var ki, bu gün də onlarla əlaqədəyəm, zəngləşirik, imkan düşəndə görüşürük. Ən yaxın dostum isə Emin Mahmudovdu. Onunla bir-birimizi çox gözəl başa düşürük.

- Karyeranın sonunda cəmi 3 oyun keçirdiyin “Zirə” avrokuboklara vəsiqə qazandı, 24 matçda formasını geydiyin “Sabah” son tura qədər avrokubok iddiasını sürdürsə də, bu dəfə də qitəmiqyaslı turnirlərdən kənarda qaldı. Səncə, Murad Misayevin komandasına vəsiqə üçün nə çatmadı?

- Onu düz vurğuladız ki, “Zirə”də cəmi 3 oyuna çıxdım. Səhhətim artığına imkan vermədi. Buna baxmayaraq, orda gördüklərim məndə “Zirə”nin gələcəkdə uğur qazanacağına inam yaratmışdı. Rəşad Sadıqovun çalışdırdığı komandaya Konfrans Liqasında uğurlar arzulayıram. Avrokuboklarda çıxış edən başqa komandalarımıza da həmçinin. “Sabah”a gəlincə, çox iddialı klubdu. Klubun prezidenti çətinlikdən çəkinməyən, çətin vəziyyətdən çıxmağı bacaran ambisiyalı biridi ki, bu da Maqsud Adıgözəlovun adına müsbət məqamdı. Geridə qalan mövsüm göstərdi ki, qarşıya qoyulan hədəfə çatmağa bir az qaldı. Təbii ki, ilk dövrədə komanda heç olmasa, mümkün xallardan yarısını toplaya bilsəydi, indi Konfrans Liqasına hazırlaşırdı. Görünən odu ki, növbəti “futbol ili”ndə “Neftçi” ilə yanaşı, “Sabah” da çempionluq uğrunda “Qarabağ”a rəqib olacaq.

- Söhbət əsnasında məşqçiliyə başlamaq istədiyini söylədin. Bu yöndə hansı addımları atmaq fikrin var? Oxumağı, çalışmaq istədiyin klubu nəzərdə tuturam.

- Həqiqətən məşqçi işi mənə çox maraqlı gəlir. Fikrimcə, gənclərə həvəskar futboldan böyük futbola keçidin detallarını aşılaya, onlara həvəskardan peşəkara çevrilməyin incəliklərini izah edə bilərəm. Məşqçi karyerama uşaq futbolundan başlamaq niyyətim var. Tədricən inkişaf edərək özüm də böyük komandaya keçə bilərəm. Açığı, bu barədə heç kimlə danışmamışam. İşləmək üçün də öncə məşqçi lisenziyası almaq lazımdı (gülür).

- Yaxşı məsəl var: könlü balıq istəyənin quyruğu suda gərək. Məşqçi olmaq istəyirsənsə, oxumalısan. Bəs nə vaxt başlayacaqsan?

- İnşallah, yaxınlarda.

- Qeyd etdin ki səhhətindəki problemə görə karyeranı erkən başa vurmaq məcburiyyətində qaldın. Həmin problem əvvəlcədən var idi, yoxsa futbol oynadığın vaxtlarda yarandı?

- Karyeramın son 4-5 ilində problemi aradan qaldırmaq üçün çox çalışdım. Məhz bu səbəbdən futbola tam köklənə bilmirdim. Xəstəliyə səbəb çox ola bilər. Ola bilsin, fiziki yükləmələr, bəlkə də başqa səbəblərdən orqanizmim tab gətirmədi.

- “Vikipediya”da səninlə bağlı maraqlı məlumata rast gəldim. Orda qeyd olunub ki, məşhur arxeoloq İsaak Cəfərzadənin nəvəsisən. Nə üçün onun yolu ilə gedib arxeoloq olmaq istəmədin?

- Bildiyim qədər Cəfərzadə mənim uzaq qohumumdu (gülür). “Vikipediya”da yazıldığı kimi babam deyil. Arxeologiya isə məni heç vaxt maraqlandırmayıb.

- Ailədə səndən başqa futbolla kimsə məşğul olub?

- Xeyr. Mən ilk və təkəm.

- Yəqin yığmanın oyunlarına izləyirsən. Son iki - Qazaxıstan və Belarusla matçlar barədə fikirlərini bölüşərdin.

- Yığmanın oyunlarına ilk növbədə azarkeş kimi baxıram, uşaqlara görə həyəcan keçirirəm. Çox istəyirəm ki, bəzi dostlarımın çıxış etdiyi yığma həm məni, həm də azarkeşləri sevindirsin. Fikirlərimə gəlincə, təzadlı oyunlar izləyirik. Bəzən olur ki, yığma qarşılaşmanın hansısa bölümündə rəqibi “yıxıb-sürüyür”, bəzən də ardıcıl iki ötürmə verə bilmirlər. Sabit oyun çatışmır. Qarşıda iki matç var və düşünürəm ki, həmin görüşlərdə 4 xal toplaya bilsə, bunu komandanın hesabına yazmaq olar.

- Mənə azarkeş Rəşadın yox, futbolçu Rəşadın yığma ilə bağlı fikirləri maraqlıdı...

- Komandanın oyununda inkişaf görmək istərdim. Düşünürəm ki, bu gün üçün yığmanın oyunu futbolçuların fərdu ustalıq səviyyəsinin üzərində qurulub. Təbii ki, bu subyektiv fikrimdi. Belarusla qarşılaşma məndə bir qədər ümid yaratdı. Bu səbəbdən növbəti görüşlərlə bağlı nikbin fikirləşmək istəyirəm.

- Çoxları yığmanın belə zəif çıxışını baş məşqçi amili ilə bağlayır. Doğrudanmı Canni de Byazi komandanı oyunlara düzgün hazırlaya bilmir?

- Əlbəttə, nəticəyə görə ilk növbədə baş məşqçi məsuliyyət daşıyır. Qarşıdakı oyunların nəticəsindən asılı olaraq, De Byazini postunda saxlamağın düz olub-olmadığını biləcəyik.

- Dediklərindən belə başa düşdüm ki sən də milliyə yerli məşqçinin rəhbərlik etməsinin tərəfdarısan...

- Əslində nəticənin baş məşqçi postunda yerli və ya əcnəbinin olmasından asılı olmağını görürük. Odu ki, mənim üçün texniki zonda kimin yer almasının heç bir əhəmiyyəti yoxdu. Vacib olan nəticədi. Yığmada nəticə yaxşı olacağı təqdirdə əcnəbini də özümüzkü kimi sevib tərifləyəcəyik.

- Qarşıda yığmanı Slovakiya ilə oyun gözləyir. Demək olar, hamı bu rəqibi qrupun favoriti kimi görürdü. Ancaq qazaxlar əksini göstərdi. Slovakiya ilə matçdan nə gözləyirsən?

- Fikrimcə, yığma sürpriz edə bilər. “Doğma divarlar” arasında yetərincə güclü Slovakiyaya qarşı oyun yığma üzvləri üçün əlavə motivasiyadı.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-05-2022, 19:0

"Büdcəyə uyğun addım atacağıq" – “İmişli”nin baş məşqçisi

Aktual
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Son xəbərlər
  • Bu gün, 10:52
    Arbeloanın yerini kim tutacaq?
  • Bu gün, 10:31
    Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
  • Bu gün, 10:00
    Kocamandan iddialı sözlər: ''Qarşıdakı 20 il ''Fənərbaxça''nın dönəmi olacaq''
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:30
    "Turan Tovuz" qalib gəldi, "Neftçi" Zirədə xal itirdi - YENİLƏNİB
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Dünən, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Dünən, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Dünən, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Dünən, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Dünən, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Dünən, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Dünən, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Dünən, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Dünən, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Dünən, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Dünən, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Dünən, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Dünən, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Dünən, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
Daha çox
Oxunub: 233
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 164
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 139
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 118
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 115
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə