"Büdcəyə uyğun addım atacağıq"

29.05.2022 19:32 725
Ölkə futbolu / Manşet
Yeni mövsümdən birinci divizionda çıxış edəcək “İmişli”ni kimin çalışdıracağına aydınlıq gəlib.

Kür-Araz ovalığında yerləşən bölgənin təmsilçisinin “sükanı” Ruhid Usubova tapşırılıb. 36 yaşlı məşqçi əslən İmişlidəndi və futbolçu kayerası ərzindən "MKT-Araz", “İnter”, MOİK, “Simurq” kimi klubların şərəfini qoruyub. Butslarını mismardan asandan sonra isə məşqçi kimi İmişlidə uşaq futbolunda çalışıb, Region Liqasında çıxış edən eyniadlı komandanın baş məşqçisi olub.

Usubov təyinatı ilə bağlı “Football-plus.az” saytına açıqlamsında bunları söylədi:

“Təyinatın hələ rəsmiləşməyib. Ancaq klub rəsmiləri AFFA rəhbərliyi ilə görüşüb və qərara alınıb ki, komandanın baş məşqçisi mən olum. Çalışacam göstərilən etimadı doğruldum, oyunu və nəticələri ilə azarkeşlərimizi sevindirəcək komanda formalaşdırım. Hələ ki klubun büdcəsi dəqiqləşməyib. Ona aydınlıq gələndən sonra komanda qurmaq yönündə addım atacağıq. Normal büdcə olsa, kənardan da futbolçu dəvət etmək fikirimiz var. Əks halda daha çox yerli oyunçulara güvənəcəyik. Hazırda kənarda çıxış edən, İmişlidən olan futbolçulat var. Onlarla danışıqlara başlamışıq”.


RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul