• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov yerlini əcnəbidən üstün tutdu

Manşet / Yazarlar / Günün xəbəri

8-06-2022, 11:0

Gözlənilən oldu: Xayme Romero “Qarabağ”ı tərk etdi.

2019-cu ildən Ağdam klubunda çıxış edən ispaniyalı azarkeşlər tərəfindən çox sevildi. Yarımmüdafiəçinin vacib məqamlarda vurduğu qollar da “köhlən atlar”a qələbələr qazandırdı. Xayme “Qarabağ”da ümumilikdə 69 matçda meydana çıxdı. Yarımmüdafiəçi bu görüşlərdə 14 qol vurub, 16 məhsuldar ötürmə edib. İspaniyalının statistik göstəricilərindən ağdamlılar üçün faydalı futbolçu olduğu üzə çıxır. Sadəcə, Xayme bu mövsüm zədədən çox əziyyət çəkdi. Uzun müddət yaşıl meydanlardan uzaq qaldı, əməliyyat olundu, bərpa müddət uzun çəkdi. Yuxarıda sadaladığımız səbəblərə görə Xayme 2021/22 mövsümündə cəmi 11 matçda meydana çıxa bildi. Bu görüşlərdə 1 qol vurdu, 2 məhsuldar ötürmə ilə yadda qaldı.

Onun etdiklərindən çox danışmağa gərək yoxdu. İspaniyalı sözün həqiqi mənasında Ağdam təmsilçisinin ən sevilən futbolçularından idi. Bəs nə üçün “köhlən atlar” onunla yola davam etmədi? Müqavilə müddətinin uzadılmamasının səbəbi nədi? Bu yazıda hamı üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

Qarşıya böyük hədəflərin qoyulması

Həm premyer-liqada, həm də kubokda qalib olan “Qarabağ”ın bir məqsədi var: yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq. Bu niyyəti həm klub rəhbərliyi mediaya açıqlayıb, həm də futbolçular. Yəni məqsəd Avropanın ən nüfuzlu klub turnirində layiqincə etmək və mümkün qədər irəliləməkdi. Qurban Qurbanov da bu hədəfə uyğun heyət formalaşdırmaq niyyətindədi. Təbii ki, Xayme əsas heyətdə oynamağa layiq futbolçudu. Lakin ispaniyalının xroniki zədəsi “Qarabağ”ın planlarına uyğun gəlmir. Kadi Borgesin də sağ cinah vingeri kimi daha yaxşı çıxış etməsi onun üzərindən xəttin çəkilməsinə səbəb oldu. Həqiqətən də braziliyalının Ağdam təmsilçisinə gəlişi həm futbolçunun özünün inkişafını, həm də klubun nəticələrinin yaxşılaşmasını şərtləndirdi.

“Qarabağ”ın strategiyasının dəyişməsi

Gəlin bir məqamı xatırlayaq. Ağdamlılar çempionluq münasibəti ilə tədbir keçirdi. Həmin gün klub prezidenti Tahir Gözəl mediaya belə bir maraqlı açıqlama verdi:

“Yeni transferlərlə bağlı nəsə deyə bilmərəm. Çünki ölkə xaricindən yeni gəlmişəm. Bu tədbirdən sonra Qurban Qurbanovla görüşüb transfer məsələlərini müzakirə edəcəyik. Bizdə tam peşəkar idarəetmə sistemi var. Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik. Amma vaxtımız çox azdı. Bu da bizə radikal dəyişikliklərə imkan vermir. Bəzi futbolçularımızla danışıqlar davam edir. Onları saxlamaq alınıb-alınmayacaq, bilinmir. Bunun həyəcanını yaşayırıq. Artıq komandanın özəyi formalaşıb. Güman edirəm ki, bu sabitliklə yenidən iddialı olacağıq. Buna inanıram. Gəlin, sizə öz ürək sözlərimi deyim. Yəqin ki, hamınıza maraqlıdı, bundan sonra necə olacaq? Bu mənəvi gündə Qurban hoca ilə söhbətimiz oldu. Bu reallıqdı ki, "Qarabağ" Azərbaycan millisinə ən çox futbolçu verən klubdu. Amma mən yığmanın hər birimizin ümid etdiyi və layiq olduğu uğurları qazandığına inanmıram. Bu mənada görməli olduğumuz iş çoxdu. "Qarabağ" bundan sonra Azərbaycan millisinin uğur qazanmasında və yerli futbolçuların yetişməsində real iş görməlidi. Artıq özümüzə qayıtmalıyıq. Növbəti 4-5 ildə qarşımıza mütləq hədəf qoyacağıq ki, komandamız millinin inkişafında öz məsuliyyətini hiss edərək oynasın. Ona görə də növbəti məqsədlərimiz Çempionlar Liqasında iki-üç mərhələ keçmək yox, oyunçu yetişdirmək olacaq”.


Bu sözləri hərə bir cür yozdu. “Qarabağ”ın maliyyəsinin azalacağını deyənlər də oldu, klubun yerli futbolçulara daha çox önəm verəcəyini söylənlər də. Hansı olur-olsun, ortada bir plan var. Rəhbər şəxsin açıqlamasından sonra komanda da buna uyğun formalaşdırılır. İndi bəziləri üçün maraqlıdı ki, Xaymenin gedişinin bu məsələyə nə aidiyyatı var? Təbii ki, bu iki məqam bir-birindən asılıdı. İspaniyalı yarımmüdafiənin və ya hücumun sağ cinahında çıxış edir. Ağdam təmsilçisində bu mövqedə oynayan yerli futbolçu var. Söhbət Rüstəm Əhmədzadədən gedir. Millimizin üzvü böyük ümidlərlə “Qarabağ”a transfer olundu. Lakin son mövsümdə özünü yaxşı tərəfdən göstərə bilmədi. Ağdamlılar Ukraynada anadan olan yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlayıb. Təbii ki, bu boş-boşuna atılmış addım deyildi. Qurban Qurbanov Rüstəmi komandaya uyğunlaşdırıb, daha sonra əsas heyət üzvü etmək fikrində idi. Buna uyğun da addım atır. Xaymenin də tez-tez zədələnməsi, təbii ki, təcrübəli mütəxəssisi narahat edən məqam idi. 50 yaşlı məşqçi bu səbəbdən də gənc və istedadlı Rüstəmə yatırım etmək üçün Xayme ilə yolların ayrılmasına razılıq verdi. Çünki rəhbərlik qarşıya bir məqsəd qoyub: nəticə qazanmaqla yanaşı, yerli futbolçu da yetişdirmək.

İspaniyalı getmək istədi

Təbii ki, yazdıqlarımızın hamısı bir-birindən asılı proseslərdi. Ola bilər ki, Xayme özü növbəti mövsüm ehtiyat oyunçular skamyasının daimi sakini olacağını bilərək, müqavilənin uzadılmasına razı olmadı. Mediada ispaniyalı ilə bağlı çoxlu xəbər görürük. “Neftçi”, “Zirə” kimi klublar onunla yaxından maraqlanır. Sözsüz, meneceri də bu informasiyanı ispaniyalıya çatdırıb. Məhz bu amilləri nəzərə alan Romero “Qarabağ”dan getmək istədi. Bir sözlə, 3 illik macəradan sonra ispaniyalı Ağdam klubundan ayrıldı. Onun gedişinin kimin üçün xeyirli olacağını isə zaman göstərəcək. Ümid edək ki, bundan qazanan “Qarabağ” olar...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-03-2022, 10:0

"Qarabağ" afrikalı futbolçu ilə maraqlanır

Ölkə futbolu

29-04-2022, 22:0

Xayme Romero “Qarabağ”dakı vəziyyətindən danışdı

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 174
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə