• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə futbolunda ilk əcnəbi sərmayəçi!

Dünya futbolu / Manşet

8-06-2022, 10:0

Deyəsən, Türkiyə futbolunda bir ilk yaşanacaq.

Belə ki, qardaş ölkənin futbolunda ilk dəfə bir klub əcnəbi himayədarların tabeçiliyinə keçəcək. Söhbət bu mövsüm elitanı tərk edən ''Göztəpə''dən gedir. 1925-ci ildə qurulan və zəngin tarixə malik olan İzmir klubu danimarkalı iş adamı Rasmus Ankersenin tabeçiliyinə keçməyə çox yaxındı.

Xatırladaq ki, 2014-dən bəri ''Göztəpə''nin səhmlərinin böyük hissəsinə malik olan Mehmet Sepil martın 21-də istefa verdiyini açıqlamışdı. Daha sonra Sepilin Ankersenlə danışıqlar apardığı məlum olmuşdu. 39 yaşlı Ankersen iki dəfə İzmirə gələrək klubun stadionu, bazası, şəraiti ilə yaxından tanış olmuş və hətta ''Göztəpə'' - ''Altay'' derbisini stadiondan izləmişdi. Bir ara Sepillə Ankersen arasında danışıqlar maddi məsələlərdəki anlaşmazlıq üzündən dayandırılmışdı. Amma danimarkalı danışıqları yenidən bərpa edib və bu dəfə ilkin razılıq əldə olunub. Anlaşmanın detallarının təxminən 2-3 həftəyə rəsmən açıqlanacağı gözlənilir. ''Fanatik'' nəşrinin yaydığı özəl xəbərə inansaq, ''Göztəpə''nin səhmlərinin 70 faizi Ankersenlə serbiyalı milyarder Draqan Şolakın birlikdə yaratdığı ''Sport Republic'' şirkətinə keçəcək. Digər 30 faiz isə elə klubun indiki rəhbərliyində qalacaq. ''Sport Republic'' Londonda yerləşən və bir çox klubun səhmlərinin müəyyən hissəsinə yiyələnən şirkətdi. Anlaşma rəsmiləşdikdən sonra Ankersenin komandaya yeni oyunçular və yeni baş məşqçi gətirəcəyi güman olunur. Amma Türkiyə futbolunu hələ yaxından tanımadığı üçün o, ilk vaxtlarda Sepil ilə məsləhətləşməkdə davam edəcək. Yeni rəhbərlik bir mövsüm ərzində komandanın yenidən superliqaya qayıtmasına çalışacaq. Başqa sözlə desək, ''Sport Republic'' Türkiyə futboluna pul buraxan ilk xarici şirkət kimi tarixə düşəcək.

Bu məqamda Ankersenin özü ilə yaxından tanış olmaq tam yerinə düşər. 1983-cü ilə təvəllüdlü iş adamının futbola maraq göstərməsi təsadüfi deyil. O özü də vaxtilə futbolçu olub. Amma ''Midtüllann''ın heyətində peşəkar səviyyədə çıxdığı ilk rəsmi oyunda dizindən aldığı ağır zədə üzündən karyerasını artıq 19 yaşında bitirmək məcburiyyətində qalıb. Buna baxmayaraq, o vaxtdan bəri futboldan ayrılmayan Ankersen böyük işlər görməyi bacarıb. Məşqçi lisenziyasını aldıqdan sonra klubun akademiyasında işləməyə başlayıb. Tədricən Rasmusen əlaqələrini və maraq dairəsini genişləndirərək psixologiya kursları keçməyə, daha sonra isə psixoloji mövzuda kitablar yazmağa başladı. 2014-cü ildə onun ''Midtyullann''ın prezidenti vəzifəsinə gəlməsi ilə klubun tarixində yeni səhifə açıldı. O vaxta qədər heç vaxt çempion ola bilməyən komanda həm çempionluqları sıralamağa, həm də Çempionlar Liqasının qrup mərhələsində oynamağa başladı. 2015-də o, ''Brentford''un baş direktoru təyin olundu. Həmin il 1-ci liqada, yəni 3-cü divizionda çıxış edən klub 2021-ci ildə artıq premyer-liqaya vəsiqə qazandı! Bu kollektiv İngiltərə futbolunun ən yüksək liqasında sonuncu dəfə 1947-ci ildə oynamışdı. Amma Ankersen 2021-in dekabrında ''Brentford''dan ayrıldı. Çünki bu ilin əvvəllərində ''Sport Republic'' 100 milyon funt sterlinq qarşılığında premyer-liqanın digər klubu ''Sauthempton''un səhmlər paketinin 80 faizini ələ keçirdi! Qısası, ''Göztəpə'' yetərincə etibarlı əllərə keçir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-03-2022, 20:0

Abramoviç indi də "Göztəpə"ni alacaq?

Dünya futbolu

24-04-2022, 13:0

Göztəpə'' elitadan düşsə də, ''feyr-pley''i unutmadı!

Dünya futbolu

8-04-2022, 13:0

"Altay" prezidentindən gözlənilməz qərar

Aktual
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
Son xəbərlər
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 166
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə