"Football-plus.az" saytının məlumatına görə, turnirin maraqla gözlənən qarşılaşmasında İtaliya doğma meydanda Almaniyanı sınağa çəkib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Görüşdən sonra İtaliya yığmasının baş məşqçisi Roberto Mançini Millətlər Liqasında Almaniya ilə oyunu belə dəyərləndirib:
"Rəqib hesabı bərabərləşdirəndə bir az qorxaq idik. Ancaq komanda üçün hələ də sevinirəm. Möhtəşəm rəqibə qarşı çətin oyun oldu. Gənc futbolçularımızı düşünməliyik. Bizim çox yaxşı potensiallı gənc oyunçularımız var. Onların tez yetişəcəyinə ümid edirik".
İtaliya - Almaniya - 1:1
Qollar: Lorenso Pelleqrini, 70 - Kimmix, 73

