• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazinin Sezarlıq iddiası, Adiyevin zəfəri

Yığma

4-06-2022, 21:0

Canni de Byazinin iddialı açıqlamalarından sonra azərbaycanlı futbol azarkeşləri millimizdən Qazaxstana qarşı oyunda qələbə gözləyirdi.

Nur-Sultan şəhərinin “Astana Arena”sını Sezar kimi fəth etmək eşqiylə çırpınan mütəxəssis yenə 5-li müdafiə sisteminə sadiq qalmışdı. Start heyətində gözlənilmədən 3 futbolçuya yer vermişdi. Müdafiənin mərkəzində Bəhlul Mustafazadə ilə Bədavi Hüseynov duetinin və dayaq yarımmüdafiəsində Eddi İsrafilovun şans qazanması təəccüb doğururdu. Nə Bəhlul, nə də Bədavi “Qarabağ”ın əsas heyət oyunçusudu. Yola saldığımız movsümdə Bəhlul 15 oyunda meydana çıxıbsa, dağıstanlı cəmi 130 dəqiqə şans qazanıb. Oyun praktikasından əziyyət çəkən müdafiəçilərə start heyətində şans vermək nə dərəcədə doğru idi? Matçın ilk dəqiqələrində hər iki müdafiəçidə həyəcan hiss olunurdu. 27-ci dəqiqədə Bəhlul kobud səhvlə yadda qaldı. Qələbəyə köklənən komanda niyə 5 müdafiəçi ilə meydana çıxmalıdı? 4-lü müdafiə sistemi ilə oynayıb mərkəzdə Maksim Medvedevlə Höccət Haqverdiyə, cinahlarda Toral Bayramovla Azər Salahlıya şans vermək daha məntiqli olmazdı? Oyundankənar vəziyyəti də nəzərə alsaq, qapımıza vurulan hər 3 qol müdafiənin mərkəzi və dayaq yarımmüdafiəsindəki boşluqların nəticəsiydi. 2-ci qolda adlarını qeyd etdiyim müdafiəçilər iflic vəziyyətdə qalmışdı.

Uzun müddətdi millinin oyunlarına dəvət almayan Eddi İsrafilovu Qara Qarayevin mövqeyində oynatmaq da başa düşülmür. “Neftçi”nin futbolçusu son zamanlar özünü yaxşı tərəfdən göstərsə də, millinin “2 nömrə”sini layiqincə əvəz edə bilmədi. Vitse-kapitan meydanda həm “qara işlər”i üzərinə götürə, həm top saxlaya, həm də hücumlara qoşula bildiyi halda, “ağ-qaralar”ın “14 nömrə”si əsasən yaradıcılığı ilə diqqət çəkir. Qaranın yoxluğu dayaq yarımmüdafiəsində çöküşü göstərirdi.

Salahlı 1-ci hissənin yaxşılarından idi. “3 nömrə” yer aldığı sol cinahda tez-tez hücumlara qoşulurdu. O, Mahir Emrelidən fərqli irəlidə daha çox qol axtarışındaydı. Şansı da vardı, amma rəqib qapıçı arzusunu ürəyində qoydu. Qapımıza 2-ci qolun vurulması Azərin səhv ötürməsindən başladı. Amma mərkəz müdafiəçiləri ilə müqayisədə “Neftçi”nin müdafiəçisi daha çox döyüşdü. Maksim Medvedevlə Höccət Haqverdinin çıxışını qənaətbəxş hesab etmək olar. Aleksey İsayev mərkəzdən hücumların qurulmasında iştirak etsə də, 2-ci hissədə gücü tükəndi. Emin Mahmudov komandanın əsas oyunqurucusu, düşünən beynidi desək, yanılmarıq. “8 nömrə” üzərinə düşən vəzifəni maksimum yerinə yetirməyə çalışdı. Renat Dadaşov ilk hissədə yığmanın heyətində ən yaxşı idi. Azsaylı legionerlərimizdən olan futbolçu sürətli reydləri, təkbaşına 2 dəfə rəqibin müdafiə xəttini yarması, hətta real qol epizoduyla da diqqət mərkəzinə düşdü. Sadəcə, İqor Şatskini məyus etmək mümkün olmadı. Lakin Renatın da ikinci hissədə gücü tükəndi. Mahir Emreli isə yenə ümidləri doğrultmadı. Zaqreb “Dinamo"sunun hücumçusu həddən artıq fərdi oynuna üstünlük verirdi. Həmlələri məntiqi sonluqla tamamlaya bilmirdi. “10 nömrə” həmçinin ötürmələri dəyərləndirə bilməyərək, tez-tez top itkilərinə də yol verdi. Hətta real qol vəziyyəti zamanı ayağına gələn topa zərbə vurmağa gecikdi. Bir sözlə, Mahir bu matçda start heyətində oynamağa layiq deyildi. Onun əvəzinə daha yaxşı formada olan Ramil Şeydayev yer almalı idi. De Byazi 2-ci hissə başlayanda Mahiri Ramillə dəyişmək əvəzinə daha 34 dəqiqə meydanda saxladı. “Köhlən atlar”ın forvardı yalnız 79-cu dəqiqədə meydana çıxdı. Oyuna hücum xəttində Namiq - Renat və ya Renat - Ramil dueti ilə başlamaq daha ağlabatan idi. Görəsən, De Byazi daha hazırlıqlı hücumçuları niyə ofsaydda saxladı?

Maqomed Adiyevin yetirmələri 1-ci hissədə qapazaltı olsa da, əsas məqsədə nail olmuşdular: müdafiədə maksimum qapanmaq, tempi aşağı salmaq, qol buraxmadan fasiləyə yollanmaq.

Qazaxıstan millisindəki boşluqları “Axilles dabanı”na çevirə bilmədik. Rəqibin heyətində kifayət qədər itkilərin olması onları son dərəcə ehtiyatlı olmağa məcbur edirdi. Lakin millimiz ilk hissədə rəqibin zəif tərəflərini müəyyənləşdirmişdi. Belə ki, meydanın rəqibə aid hissəsində, əsasən qapı xəttinin 30-40 metrliyində pressinq tətbiq edəndə qazaxlar səhvlər etməyə məcbur olurdu. Həmçinin qısa ötürmələrlə müdafiədən çıxanda qazaxlar futbolçularımızın qarşısını almaqda çətinlik çəkirdi. Bu tempi qorumaq lazım idi. Amma fasilədən sonra De Byazi taktikanı dəyişərək mövqe hücumuna üstünlük vedi. Bundan da rəqib yaxşı istifadə edərək bizi cəzalandırdı.

Qazaxstan çempionatında “Astana”nın heyətində son 9 oyunda (onun 8-ni əvəzetmədən meydana çıxıb) cəmi 240 dəqiqə oynayan və qol vura bilməyən Abat Aimbetov 7 dəqiqəyə iki dəqiq zərbəylə millimizin donanmasını batırdı".

Rəqibin çalışdırıcısı Maqomed Adiyev “Azərbaycanın baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz az danışıb çox iş gördük” sitati ilə Sezarlıq iddiasında olan De Byazidən daha güclü sərkərdə olduğunu göstərməklə zəfərini qeyd etdi.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

31-05-2022, 23:0

De Byazinin müzakirəyə açıq seçimi

Ölkə futbolu / Manşet

8-05-2022, 13:0

“Qarabağ”ın transfer etməli olduğu dörd yerli futbolçu - YAZI

Ölkə futbolu

20-03-2022, 13:0

Millinin heyəti açıqlandı

Aktual
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Son xəbərlər
  • Bu gün, 23:21
    "Sabah" ÇL-nin 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 22:41
    "Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq
  • Bu gün, 22:00
    "Qəbələ" "Kəpəz"ə qalib gəldi
  • Bu gün, 21:38
    Əfsanəvi futbolçu İFF-də işləyəcək
  • Bu gün, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Bu gün, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Bu gün, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Bu gün, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Bu gün, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 226
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 143
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə