• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın transfer etməli olduğu dörd yerli futbolçu - YAZI

Ölkə futbolu / Manşet

8-05-2022, 13:0

Azərbaycan premyer-liqasının yekunlaşmasına 3 tur qalsa da, “Qarabağ” çempionluğu “Sabah”la son görüşdə rəsmiləşdirdi.

Buna baxmayaraq, “köhlən atlar”ın heyətində mövsümün gedişində ayrılıqlar gerçəkləşdi.

Qış fasiləsindən sonra Emil Balayev Qazaxstan “Turan”ına keçdi. Özünü doğrultmayan Qaspar Panadero ilə Rahil Məmmədov icarəyə verildi. Uzun müddətdi zədədən əziyyət çəkən Xayme Romero ilə məvacibinin artırılmasını tələb edən Patrik Andrade və əvvəlki formasından çox uzaq düşən Riçard Almeydanın da komandadan ayrılacağı gözlənilir. "Qarabağ"da hazırda üç mövqedə futbolçu qıtlığı yaşanır: müdafiənin mərkəzi, dayaq yarımmüdafiəsi, vinger.

Uzun illərdi Azərbaycan futbolunda görünən mərkəz müdafiəçisi qıtlığı “Qarabağ”da da mövcuddu. “Ağ-qaralar”ın heyətində bu mövqedə Kevin Medina, Bədavi Hüseynov, Bəhlul Mustafazadə və Rahil Məmmədov yer alsa da, onlardan yalnız kolumbiyalı daim döyüşə hazırdı. Bədavi 6 aydan çoxdu zədəli idi. Zədəsinin yeni sağalmasına rəğmən, hələ 90 dəqiqə oynamaq iqtidarında deyil. Bəhlulun performansı ürəkaçan deyil. Rahilin isə bəxti heç gətirmir. Ucaboy müdafiəçi uzun müddət idi zədədən əziyyət çəkirdi. Sıraya dönəndən sonra formasını bərpa etmək üçün “Zirə”yə icarəyə verilsə də, 22-ci turda “Sabah”laə matçda yenidən zədələnərək mövsümü bitirdi. Qurban Qurbanovun sərəncamında mərkəz müdafiəçisi olmadığından, kapitan Maksim Medvedyevlə dayaq yarımmüdafiəçisi Qara Qarayevi məcburən bu mövqedə oynadır. Şübhəsiz, Qurban Qurbanov və seleksiyaçıları axsayan mövqelərə futbolçu axtarışındadı.

Höccət Haqverdi

“Köhlən atlar”ın ölkə xaricində hansı futbolçuları gözaltı etdiyi məlum deyil. Amma yerli bazara nəzər yetirsək, “Sumqayıt”da çıxış edən Höccət Haqverdi “Qarabağ”ın sıralarına qatılmağa layiq müdafiəçidi. Cənubi azərbaycanlı futbolçu iki mövsümdü “gənclik şəhəri” təmsilçisinin formasını geyməklə nəinki komandanın əsas heyət oyunçusuna çevrildi, həm də milliyə cəlb olunmaqla mövqeyini möhkəmləndirməyə başladı. Ucaboy, güclü fiziki göstəricilərə malik futbolçu müdafiədə etibarlı oyunu ilə yanaşı, tez-tez hücumlara qoşularaq “ikinci mərtəbə”də qol vurmağı da bacarır. “Qarabağ” Höccəti sıralarına qatmaqla müdafiənin mərkəzində Kevin Medina, Bədavi Hüseynov, Bəhlul Mustafazadə ilə güclü rəqabəti təmin edəcək ki, bu da futbolçuların inkişafı və qeyd olunan mövqenin güclənməsi deməkdi. Haqverdinin “köhlən atlar”a transferinin gerçəkləşməsi millisi üçün də faydalıdı. Belə ki, o ylğmada müntəzəm çıxış edən Şahruddin Məhəmmədəliyev, Maksim Medvedyev, Qara Qarayev, Toral Bayramov kimi futbolçuları daha yaxından tanıyaraq meydanda koordinasiyalı oyuna təsir edəcək.

Hacıağa Hacılı

Rəşad Sadıqov “Zirə”nin “sükanı arxasına” keçəndən sonra oyununu yaxından izlədiyi “Qarabağ”ın yetirməsi, gənc Hacıağa Hacılını da komandasına gətirdi. Dayaq yarımmüdafiəçisi Rəşad Sadıqovun rəhbərliyi altında çox inkişaf edərək “Zirə”nin aparıcı futbolçularından birinə çevrildi. Hazırda “Qarabağ”ın dayaq yarımmüdafiəsində Qara Qarayevlə Patrik Andrade yer alsa da, “2 nömrə”nin üzərinə daha çox yük düşür. Vitse-kapitan doğma mövqeyi ilə yanaşı, zərurət üzündən tez-tez müdafiənin mərkəzində də oynayır. Patrik Andrade komandadan ayrılacağı təqdirdə Qaranın üzərinə bir qədər də yük düşəcək. Hacıağanın sabiq klubuna qayıtması ilə həm dayaq yarımmüdəfiəsi güclənər, həm də Qaranın işi yüngülləşər.

Rəhim Sadıxov

Son iki mövsümdə “Sumqayıt”ın heyətində həm oyun planında artırdı, həm də komandasının liderinə çevrildi. Ötən mövsümdən ulduzu parlayan “10 nömrə” komandanın əsas pleymeykeri olmaqla yanaşı, 6 qol da vurdu. Cari mövsümdə “Sumqayıt” uğursuz çıxışla yadda qalsa da, Rəhim əksinə, oyun planında bir qədər də artırdı. O, komandanın yenə əsas oyun qurucusu olmaqla 4 qol da vurub. Hazırda “Qarabağ” da əsas oyunqurucuları Kadi Borgeslə Filip Ozobiçdi. Braziliyalı “milliləşdirilən” xorvatla müqayisədə daha yaxşı formadadı. Həmin mövqedə 33 yaşlı Riçard Almeyda yer alsa da, braziliyalı əvvəlki obrazından uzaqdı. O, arxada qalan 25 turda 14 matçda 926 dəqiqə oynayıb və demək olar, yaradıcılığı ilə diqqəti çəkməyib. Görünür, yaş da özünü göstərir. Daha çox ehtiyatda qalan Almeydanın yola salınmaq ehtimalı çoxdu. “Qarabağ”ın əsas ağırlığının orta xətt olduğunu, qarşıda da avrokuboklarda mübarizəyə qoşulacağını nəzərə alsaq, komandaya daha bir oyun qurucusunun transferi mütləqdi. Odu ki, “köhlən atlar” Rəhim Sadıxovu heyətinə qatmaqla pleymeyker mövqeyində həm rəqabəti gücləndirəcək, həm də öz potensialını daha çox nümayiş etdirmək imkanı qazanacaq.

Rüfət Abdullazadə

“Sumqayıt”ın heyətində baxımlı oyunu ilə seçilən daha bir gənc futbolçu Rüfət Abdullazadədi. “11 nömrə” komandasının ən sürətli vingeridi desək, yanılmarıq. “Sumqayıt”ın hücumları Rəhim Sadıxovla Rüfət Abdullazadə üzərindən qurulur. Adı çəkilən futbolçu U-21-in də əsas futbolçularındandı. Hazırda “Qarabağ”ın heyətində vinger qıtlığı var: Abdulla Zubir, Leandro Andrade, Xayme Romero. Onlardan fransalı Zubir başqalarından üstün oyunu ilə seçilir. Leandro son oyunlarda özünü yaxşı tərəfdən göstərərək qollar vursa da, “10 nömrə”dən geri qalır. Xayme isə uzun müddət idi zədəyə görə yaşıl meydanlara həsrət qalmışdı. Yalnız 225 gün sonra ispaniyalı futbolçu kubokun yarımfinalında, “Qəbələ” ilə cavab matçının ikinci hissəsində meydana çıxdı. Romero böyük ehtimalla çempionat başa çatan kimi yola salınacaq. Bu barədə xəbərlər bir-birini əvəz edir. Qısası, “köhlən atlar”ın heyətində cəmi iki vinger qalır. Bunun nəticəsidi ki, Qurban Qurbanov məcburiyyətdən bu mövqedə Ramil Şeydayev və Musa Qurbanlı kimi hücumçuları oynadır. Odu ki, sürəti və texnikası ilə seçilən Rüfətin transferi sayəsində rəqabəti artırmaqla yanaşı, gənc futbolçunun gələcəkdə potensialını daha da açmasına şərait yaratmaq olar. Qarşıdakı avrokubok matçlarını, yeni mövsümə hazırlığı, ən əsası, komandanın 3 “cəbhə”də mübarizə aparmalı olacağını nəzərə alsaq, klub transfer çalışmalarını sürətləndirməli, yerli futbolçuları sıralarına qatmalıdı.
Niyə autsayderdən?

"Qarabağ"ın transfer etməli olduğu 4 yerli futbolçudan üçünün "Sumqayıt"dan olması çoxlarında sual doğura bilər: autsayder komandanın futbolçularından 9 qat ölkə çempionuna nə fayda? Bu gün premyer-liqada çıxış edən ən yaxşı mərkəz müdafiəçilərindən biri Höccət Haqverdidi. Elvin Bədəlovun uzun müddət zədə üzündən kənarda qaldığını nəzərə alsaq, "Sumqayıt"ın müdafiəsinin mərkəzində bütün ağırlıq cənubi azərbaycanlı futbolçunun üzərinə düşüb. "Şamaxı" ilə müqayisədə “gənclik şəhəri” təmsilçisinin çox qol buraxmadan uduzmasının əsas amillərindən biri də məhz Haqverdidi. Bu gün "Sumqayıt"da hücumlar Rahim Sadıxovla Rüfət Abdullazadənin üzərində qurulur. "10 nömrə" daha çox pleymeykerliyi ilə diqqəti çəksə də, Rüfət sürəti, texnikası, cinah reydləri ilə göz oxşayır. Hələ ötən mövsümdən ulduzu parlayan Sadıxovun Ukrayna klubları ilə "Neftçi"nin maraq dairəsində olduğu haqda xəbərlər yayılsa da, futbolçu "Sumqayıt"da qaldı. Həmçinin bu mövsümdən gözoxşayan oyunu ilə diqqəti çəkən Rüfətin də bir neçə yerli klubun maraq dairəsində olduğu iddia edilir. Odu ki, bu gün "Sumqayıt"a mübarizlik, döyüşkənlik qataraq, rəqiblərə başağrı olan əsas futbolçuların məhz Rüfətlə Rəhim olduğunu desək, yanılmarıq. "Sumqayıt"da bu gün kollektiv oyun üslubunda axsaqlıq müşahidə olunsa da, adı çəkilən 3 futbolçu oyun planında inkişaf etməkdədi. Şübhəsiz, bu futbolçular daha iddialı komandalara, o cümlədən "Qarabağ"a keçsələr, öz potensiallarını daha da açacaqlar.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet / Günün xəbəri

14-05-2022, 16:0

Çempion “Qarabağ” silkələnir: bir futbolçu ilə yeni müqavilə, üçü gedir - ÖZƏL

Aktual
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
Son xəbərlər
  • Bu gün, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Bu gün, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Bu gün, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Bu gün, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Bu gün, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Bu gün, 15:05
    AFFA-da seminar keçirildi
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
Daha çox
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Oxunub: 143
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə