Millinin sabiq qolkiperi bundan sonra əsas millidə Canni de Byazinin köməkçilərindən biri, daha doğrusu, qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Ağayev artıq məşqçi kimi ilk addımını ataraq yığmanın budəfəki toplanışına qoşulub. Ancaq onun müqaviləsinin müddəti, yığma ilə Maltaya yollanıb-yollanmayacağı barədə ictimaiyyətə açıqlama verilməyib. “Footbal-plus.az”saytı olaraq, boşluğu aradan qaldırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“Kamran Ağayev millinin qapıçılar üzrə məşqçisi kimi komanda ilə birlikdə bu gün Maltaya yollandı. Onunla hansı müddətə müqavilə bağlanmasına gəlincə, bu haqda ictimaiyyətə məlumat veriləcək”.
RƏŞAD


