Qazaxıstan yığmasının müdafiəçisi Eldos Axmetov yığmamız üzərində dünənki qələbədən sonra yerli jurnalistlərin suallarını cavablayıb.
- Birincisi, bu qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Sizin dəstəyiniz sayəsində bunu bacardıq. Ancaq bununla kifayətlənmək olmaz. Hələ çox iş var. İki gündən sonra növbəti oyuna çıxacağıq. Belə oyun göstərməyə çalışacaq, qələbə arxasınca gedəcəyik. Oyuna gəlincə, ilk 20-25 dəqiqədə öz oyunumuzu göstərdik, ancaq sonra nə oldusa, oyuna nəzarəti əldən verdik. 2-ci hissədə oyunu nəzarətimiz altına qaytardıq və lazımi nəticəyə nail olduq.
- Baş məşqçi fasilədə sizə “Real”ın oyununu göstərmədi ki? 2-ci hissədə Madrid klubunun üslubunda 10 dəqiqə oynadız.
- Yox, belə olmadı. Əslində məşqçi tapşırığına əsasən 1-ci hissədə daha çox cinahlardan hücum etməliydik. Debütdə bu alındı, ancaq sonra oyunumuz getmədi. Fasilədə isə məşqçi mənə dedi ki, “Eldos, daha risksiz, sadə oyna”. Amma “Real” kimi oynayın” tapşırığı olmadı. Sadəcə, bizə dedi ki, arxada çox risk etməyin.