AFFA "Qarabağ" və "Zirə"ni cərimələdi

3.06.2022 14:01 585
Premyer-liqa
AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edildi:

21.05.2022-ci il tarixində Premyer Liqanın XXVIII turunun “Zirə” – “Şamaxı” oyununda matçın 87-ci dəqiqəsində “Zirə” klubunun 14 nömrəli futbolçusu Hamidu Keyta aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3).

21.05.2022-ci il tarixində Premyer Liqanın XXVIII turunun “Qarabağ” – “Nefçti” oyununda “Nefçti” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

27.05.2022-ci il tarixində Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6).

27.05.2022-ci il tarixində Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4).

27.05.2022-ci il tarixində Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2).

27.05.2022-ci il tarixində Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda “Zirə” klubunun məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydana daxil olduğu üçün cəzasının üzərinə 1 oyun əlavə olunur klub 800 manat cərimə olunur (maddə 75).

27.05.2022-ci il tarixində Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

29.05.2022-ci il tarixində Həvəskar Liqasının “Ərkivan” – “Balaxanı” oyununda “Balaxanı” komandasının 66 nömrəli futbolçusu Oqtay Əlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).