Millimiz Avropa çempionatına yola düşür

30.05.2022 11:54 379
İdman
Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, yığmamız turnirin keçiriləcəyi Slovakiyaya 2 iyun tarixində yola düşəcək. Oyunlar iyunun 4-ü başlayacaq.

24 komanda 6 qrupda yarışacaq. Azərbaycan millisi Rumıniya, İspaniya və Albaniya ilə eyni qrupda mübarizə aparacaq.