Berluskoni yenidən A seriyasında!

30.05.2022 09:30 422
Dünya futbolu
İtaliyanın sabiq baş naziri, 85 yaşlı Silvo Berluskoninin sahibi olduğu “Montsa” A seriyasına vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu komanda elitaya vəsiqə uğrunda pley-offda “Piza” üzərində iki qələbə (2:1, 4:3) ilə azarkeşlərini sevindirib. Beluskoninin 2018-dən bəri sahibi olduğu “Montsa” tarixində ilk dəfə İtaliya elitasında oynayacaq.

Vaxtilə “Milan”a rəhbərlik edərkən Avropa futbolunda “at oynadan” Berluskoni “Montsa”nın uğuruna belə münasibət bildirib:

"Klubun tarixini yazdıq. Hədəflər? İndi mən A seriyasını, ardından Çempionlar Liqasını qazanmaq istəyirəm. Həyatda qalib gəlməyə öyrəşmişəm”.