“Atletiko”dan ayrılan Luis Suaresin hansı kluba yollanacağı hələ məlum deyil.
Amma təcrübəli futbolçunun məsələsinə tezliklə aydınlıq gələ bilər. Bu günlərdə mövzu ilə bağlı fikirlərini jurnalistlərə çatdıran uruqvaylı hücumçu növbəti mövsümdə harda oynayacağını bilmədiyini demişdi. O, çox təklif alsa da, hələ qərar vermədiyini demişdi. Argentina, Braziliya və Meksikada oynamaq şansı olan, Luis bundan sonra da yüksək səviyyədə çıxış etmək istəyir.
Stiven Cerrard Avropa futbolunda qalmaq niyyətində olan Suaresin dadına çata bilər. “Aston Villa”nın çalışdırıcısı “Liverpul”da vaxtilə birgə çıxış etdiyi sabiq oyundaşını komandasına cəlb etməyi götür-qoy edir. Sadəcə, Cerrard 35 yaşlı hücumçunun İngiltərə çempionatının növbəti mövsümündə necə çıxış edə biləcəyini özü üçün aydınlaşdırmağa çalışır. Üstəlik, Luisə bu yaşda tələb etdiyi yüksək məvacibi ödməyin nə dərəcədə doğru olacağını da müəyyən etməyi lazım bilir.