“Football-plus.az” xəbər verir ki, “kimyaçılar”ın bu qələbəsindən öncə millimizin üzvü Anatoli Nuriyevin doğum günü idi. Matçdan sonra “gənclik şəhəri” təmsilçisinin üzvləri yarımmüdafiəçinin şad günü münasibətilə 5 tort kəsdilər. Görəsən, Nuriyev qələbəni doğum gününə hədiyyə sayırmı? Bu məsələ və oyun haqda fikirlərini öyrənmək üçün Anatoli ilə əlaqə saxladıq:
“Əvvəlcə qeyd edim ki, doğum günüm mayın 20-dədi, “Səbail”lə oyunumuz isə bir gün sonra keçirildi. Buna baxmayaraq, son oyunda vurduğum qol ad günümə hədiyyəm oldu. Buna görə sevincliyəm. Əsas mövsümü xoş notlarla bitirmək idi ki, bunu da böyükhesablı qələbə ilə yekunlaşdırdıq”.


