Ağır atletimiz Avropa çempionatında iştirak edəcək

26.05.2022 15:40 420
İdman
28 may – 5 iyun tarixlərində Albaniyanın paytaxtı Tiranada qadınlar və kişilər arasında Avropa çempionatı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, yarışda 39 ölkədən 326 atlet (161 qadın + 165 kişi) iştirak edəcək. Çempionata Azərbaycan təmsilçisi də qatılacaq. Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.