22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanıb.
Turnir martın 13-də başlayacaq. Ölkəmiz yarışda 7 idmançı ilə təmsil olunacaq.
11 gün davam edəcək yarışda Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) çıxış edəcək.