100-dən çox atlet Azərbaycan çempionatında iştirak edəcək

18.03.2022 12:06 607
İdman
9 - 10 apreldə Şüvəlan qəsəbəsində yerləşən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yarış zalında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək.

AAAF-dən "Futbol+"ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul