• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

''Beşiktaş''da ''yarpaq tökümü'' davam edir

Dünya futbolu

25-05-2022, 11:0

Son çempion statusunda keçirdiyi cari ''futbol ili''ndə qeyri-sabit təsir bağışlayan və 6-cı pillə ilə kifayətlənməli olan ''Beşiktaş''da mövsüm bitən kimi ayrılıqlar başladı.

Komandadan ayrıldığını açıqlayan ilk futbolçu Miraləm Pyaniç olmuşdu. Ona Domaqoy Vida da qoşulub. Müqavilə müddəti bitən bu oyunçu ilə rəhbərlik mövsümboyu heç cür anlaşma əldə edə bilmədi. Qeyd edək ki, 33 yaşlı xorvatiyalı müdafiəçi ''Qartal''a 2018-in yanvarında azad agent statusunda gəlmişdi. Bu müddətdə o, ''ağ-qaralar''ın heyətində 164 rəsmi oyuna çıxaraq 16 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı və 1-i çempionluq olmaqla 3 titul qazandı. Maraqlıdı ki, Vida ötən həftəiçi klubun tibbi personalının 12 işçisinə ''İphone 13 Pro Max'' markalı bahalı telefon hədiyyə etmişdi. Vida bununla İstanbula gəldiyi ilk gündən bəri onunla yaxından maraqlanan tibbi personalın üzvlərinə özünəməxsus şəkildə jest etmiş oldu. Bu arada başqan Ahmet Nur Çəbi qəribə açıqlama verərək bildirib ki, Vida komanda yoldaşları ilə vidalaşmasına baxmayaraq, onunla yeni müqavilə ilə bağlı danışıqlar davam edir. Məşhur futbolçu yeni şərtləri qəbul edəcəyi halda komandada qala bilər. Dünən ''Beşiktaş''dan ayrılan 3-cü futbolçunun da adına aydınlıq gəldi. Söhbət Mişi Batşuayidən gedir. Təcrübəli forvard müqavilə ilə ''Çelsi''yə məxsusdu və İstanbul nəhəngində icarə əsasında top qovurdu. Belçikalı futbolçu həm ümidləri doğrulda bilmədiyindən, həm də məvacibi yüksək olduğundan ''Beşiktaş'' onu daimi əsasda transfer etmək istəməyib. Sosial şəbəkədə fanatlarla vidalaşan 28 yaşlı futbolçu istanbulluların heyətində ümumilikdə 42 rəsmi oyuna çıxaraq 14 qol, 5 məhsuldar ötürməlik performans sərgilədi və 1 titul qazandı.

Ümumiyyətlə, bu üç futbolçu ilə yanaşı, daha 11-nin ''Beşiktaş''la müqavilə müddəti bu yay bitir. Söhbət Atiba Hatçinson, Can Bozdoğan, Kayl Larin, Oğuzhan Özyakup, Güvən Yalçın, Gökhan Törə, Mehmet Topal, Fabris N'Sakala, Cermeyn Lens, Adəm Lyayiç və Duqlas Santosdan gedir. Uzun müddətdi əsas komandadan kənarlaşdırılan və fərdi məşq edən son 4 oyunçunun ayrılacağı dəqiqdi. Eləcə də Özyakup, Törə və Topal komandadan ayrılacaq. Hatçinson, Bozdoğan, Larin və Yalçının gələcək taleyi isə qeyri-müəyyəndi. 39 yaşlı Hatçinson karyerasını bitirməyi planlaşdırmır. O qarşıdakı mundialda Kanada yığmasının heyətində oynamağa hazırlaşır və bu üzdən birillik təklif gözləyir. Bozdoğanın müqavilə ilə məxsus olduğu ''Şalke-04''lə danışıqlar davam edir. Güvən Yalçının komandada qalmaq ehtimalı yüksəkdi. Larinin isə əksinə, başqa kluba yollanmaq ehtimalı böyükdü. Bundan başqa, sol cinah müdafiəçisi Rıdvan Yılmaz ''Torino'' və ''Ayntraxt''dan təklif alıb. ''Beşiktaş'' hələ birillik müqaviləsi olan bu futbolçunun satışından 4-5 milyon avro qazana bilər.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-05-2022, 20:0

"Beşiktaş" futbolçusu ilə yollarını ayırır

Dünya futbolu

21-05-2022, 15:0

Pyaniç "Beşiktaş"la vidalaşdı

Dünya futbolu

12-06-2022, 14:0

AL-in son qalibi türkiyəli futbolçu transfer etdi

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 117
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə