Premyer-liqanın 27-ci turunda “Sabah”ın futbolçusu Amin Seydiyevin birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması bir neçə gündü müzakirə mövzusudu.
"Futbol+"də dərc olunan “Əfqan Həmzəyev Rəşad Əhmədovun “Sabah”a haqsızlıq etdiyini düşünür” sərlövhəli yazıda sabiq referi futbolçuya qırmızı vərəqə verilməsinin səhv qərar olduğunu söyləmişdi.
Xəbərin linkini ənənəvi olaraq qəzetimizin “facebook” qrupunda paylaşdıq. Və bir müddət sonra maraqlı bir şərh diqqqətimizi çəkdi. Rəşad Əhmədovun atası Rövşən Əhmədov narazılığını bu sözlərlə ifadə edib:
“Mən hakim inspektoram. Epizod haqqında fikir söyləməyə ixtiyarım yoxdu. Həm də, Rəşadın atasıyam. Ona görə də, fikir söyləmək düzgün olmaz. Amma, bunu deməyə məcburam. Ay Əfqan, sən hələ Rəşad kimi hakim ol, sonra fikir söylə”.
ŞAİR ABDULLA