• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Emin Mahmudov Samir Abasovun qalmasını istəyir

Ölkə futbolu

21-05-2022, 19:0

Bir “futbol ili”nin də sonuna gəlirik.

Mövsüm ərzində çoxlu yaddaqalan hadisə, oyun və oyunçu oldu. Onlardan biri də “Football-plus.az"”ın ümummilli sorğusuna əsasən “ilin futbolçusu” seçilən Emin Mahmudovdu. “Neftçi”nin kapitanı ötən mövsüm ölkə çempionluğunu qazansa da, bu ili titulsuz başa vurmalı olacaq. Millinin də əsas üzvlərindən olan yarımmüdafiəçi ilə əlaqə saxlayıb, bizi maraqlandıran suallara cavab tapmağı lazım bildik. Təəssüf ki, Mahmudov qısa cavablarla kifayətləndi.

- Ötən mövsüm çempion olsaz da, cari “futbol ili”ndə uğurun davamını gətirə bilmədiz. Nəticə etibari ilə “Neftçi” titulsuz qaldı. Buna səbəb nə oldu?

- Çox səbəb göstərmək mümkündü. Komandamızın əsas oyunçularının getməsi və yeni transferlərin tam uyğuşlaması üçün vaxtın lazım olması təsir göstərdi. Amma “Qarabağ”ın bu il çox güclü olması ən birinci səbəbdi.

- Mövsüm ərzində bir çox oyunda azarkeşlər baş məşqçi Samir Abasovun istefasını tələb etdi. Bu haqda nə düşünürsən? Mütəxəssis getməlidi, yoxsa onunla çalışmaqdan razısız?

- Samir Abasovun rəhbərliyi altında çempion olmuşam və karyeramda ən yaxşı mövsümlərdən birini keçirmişəm. Bu mütəxəssislə çalışmaq mənim üçün xoşdu. Komandada qalmasını istəyirəm.

- Millidə uğurlu çıxışla fərqləndin, qollar vurdun. Lakin “Neftçi”də cari mövsüm daha az diqqət mərkəzində oldun. Samir Abasov da bunu mətbuat konfranslarında qeyd etdi. Səbəbi nədi? Üzərində yorğunluq hiss edirsən?

- Bəzi oyunlarda yorgun olduğum düzdü. Amma bu əsas səbəb deyil. Fürsətlərdən düzgün istifadə edə bilmədim. Bu səbəbdən də qollarım o qədər də çox olmadı. Yəqin buna görə diqqət mərkəzində az oldum.

- “Qarabağ” bu mövsüm ciddi çətinlik çəkmədən çempion oldu. Komandaların Ağdam təmsilçisi ilə başabaş mübarizə apara bilməməsinin səbəbini nədə görürsən?

- Bu mövsüm “Qarabağ” çox güclü idi. Bunun əksinə, biz zəiflədik. Ona görə də çox rahat çempion oldular.

- “Neftçi”nin heyəti və hazırkı durumu ilə bağlı nə deyə bilərsən? Bu komanda Konfrans Liqasının qrupuna vəsiqə qazana bilər?

- Fikrimcə, çox güclənməyimiz lazımdı. Bu vacibdi. Amma buna məşqçi korpusu və klub rəhbərliyi qərar verəcək.

- Bir kapitan kimi sənin fikrin necədi? Hansı mövqelər gücləndirilməlidi ki, komanda növbəti mövsümdə iddiasını tam ortaya qoysun.

- Buna dəqiq cavab verə bilmərəm. Rəhbərlik qərar verəcək.

- Sabah (bu gün) son turda Azərbaycan derbisi baş tutacaq. Sən isə bu matçda iştirak edə bilməyəcəksən. Bununla bağlı təəssüratını öyrənmək istərdik...

- Bu qarşılaşmada meydanda olmayacağım üçün çox təəssüflənirəm. “Qarabağ”la görüşləri çox sevirəm. Sözsüz, çempionatın ən maraqlı qarşılaşmasıdı. Amma təəssüf ki, meydanda ola bilməyəcəm. Həqiqətən buna görə pis oluram.

- Premyer-liqanın bürünc medalçısı da məlum olacaq. Bu mübarizədə “Zirə”ni, yoxsa “Qəbələ”ni şanslı görürsən?

- Həm “Zirə”, həm də “Qəbələ” bürünc medala layiqdi. Deyə bilmərəm ki, hansı daha şanslıdı. Hər ikisinə uğurlar arzulayıram.

- Ölkə kubokunun finalında “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək. Favoritin hansı komandadı? Kimin qalib olmasını istərdin?

- Əlbəttə, finalda aşkar favorit “Qarabağ”dı və hamı onların çempionluğunu gözləyir. Amma düşünürəm ki, “Zirə”nin də şansları olacaq. Epizdoları düzgün dəyərləndirsələr, qalib gələ bilərlər.

- Yeri gəlmişkən, mediada Samir Abasovla dava etdiyiniz haqda xəbər yayılıb. Doğrudu?

- Yalan məlumatdı. Hər kəs bilir ki, baş məşqçi ilə münasibətlərim çox yaxşıdı. Heç vaxt da problem yaşamamışıq. Ona görə də belə əsassız xəbərlərə reaksiya vermirəm.

- Qarşıdan Millətlər Liqası gəlir. AFFA komandanın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyub. Səncə, bu nə dərəcədə realdı?

- Sadəcə, bunu deyə bilərəm: əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

10-05-2022, 17:0

Samir Abasovun atmacası “Neftçi” azarkeşlərini ayağa qaldırdı

Manşet / Yazarlar / Günün xəbəri

18-05-2022, 13:0

Toxunmayın Samirə! - KÖŞƏ

Aktual
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
Son xəbərlər
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 161
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə