Cokoviçin əsas rəqibi kimdi?

8.05.2022 09:58 567
İdman
Dünyanın bir nömrəli kişi tennisçisi Novak Cokoviç ispan Rafael Nadalı karyerasındakı əsas rəqib adlandırıb:

“Əlbəttə, Nadalın müəyyən fasilədən sonra korta qayıtması mənə təsir edir. Çünki bütün bu müddət ərzində əsas rəqibimdi. Artıq uzun müddətdi eyni turnirdə üz-üzə gəlmirik. Bilirsizmi, zaman dəyişir. Gənc oyunçular parlayır, indi biz ikimiz də yuxarı pillərlərdə qalmaq üçün əlimizdən gələni edirik. Hesab edirəm ki, biz hələ də güclüyük və bunu görmək xoşdu”.


Xatırladaq ki, Cokoviçlə Nadal indiyə qədər ATP turnirləri çərçivəsində 58 dəfə üz-üzə gəlib. Serb 30, ispan 28 oyunda qalib gəlib. Cokoviç “Böyük dəbilqə” turnirlərində 20, Nadal isə 21 qələbə qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul